Menu

“İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür” - Türkiyə XİN başçısı

04.02.2020, 13:11
“İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür” - Türkiyə XİN başçısı

“Son günlər İdlibdə ciddi gərginlik yaşanıb. Rusiya ilə birlikdə bu gərginliyi azaltmaq üçün səy göstəririk”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, İdlibdə Rusiyanın üzərinə mühüm vəzifə düşür.

“İdlibdə bizə qarşı edilən hücumlara dözümlü yanaşa bilmərik. Rusiya ilə geniş miqyaslı əlaqələrimiz mövcuddur. Dünən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığımız olub. Dərhal atəşkəs əldə etmək istəyirik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol