Menu

Müsavatın namizədi “MİR” telekanalında - İkram İsrafilin seçki kampaniyasına böyük maraq var + VİDEO

05.02.2020, 17:40
Müsavatın namizədi “MİR” telekanalında - İkram İsrafilin seçki kampaniyasına böyük maraq var + VİDEO

Müxalifət partiyalarının azsaylı samballı və tanınmış namizədlərindən biri olan 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən Müsavat Partiyasının namizədi İkram İsrafil öz aktiv seçki kampaniyası və dairədəki nüfuzu ilə digər namizədlərdən xeyli dərəcədə seçilir. 

Artıq bir dəfə, Milli Məclisin üçüncü çağırışında Sumqayıtı parlamentdə yüksək səviyyədə, doğrudan da məhz xalqın sözünü deyən bir millət vəkili kimi təmsil etmiş İkram İsrafili yerli əhali çox yaxşı tanıyır. Və bu cəhət onun keçirdiyi seçki kampaniyasında, əhalinin ona münasibətində özünü əks etdirməkdədir.

Maraqlıdır ki, İ.İsrafilin kampaniyası MDB ölkələri üçün ortaq yayım həyata keçirən “MİR” telekanalının da diqqətini cəlb edib. 

Belə ki, telekanalın Azərbaycandakı növbədənkənar parlament seçkisilə bağlı yayımladığı süjetdə müsavatçı namizədin fikirlərinə yer verilib. Seçki barədə danışan İ.İsrafil deputatın həmişə xalqın arasında olan, onun problemlərinə yaxından bələd biri olmasının vacibliyini vurğulayıb. 

“MİR” telekanalında yayımlanan həmin süjeti təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol