“MÜƏLLİMLƏR SEÇKİYƏ ZORƏN GÖNDƏRİLİRLƏR” - Təhsil Nazirliyinin Şura sədri müəllimlərə çağırış etdi

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə təbliğat-təşviqat kampaniyası davam edir. Sosial şəbəkələrdə isə müxtəlif məktəb direktorlarının müəllimlərə tapşırıqlar verərək, hər hansı bir namizədə səs verməyə məcbur edildiyi haqqında ittihamlar paylaşılır.

Bundan öncə də orta məktəb müəllimlərinin adı seçki saxtalaşdırma ittihamları ilə çəkilirdi. Belə ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı bir neçə məntəqədə səs verməyə çalışdığı iddia edilən müəllimlər gündəm olmuşdu. Bu məqamlar müəllimlərin nüfuzuna da xələl gətirir. İnsanlar düşünürlər ki, orta məktəblər, direktorlardan asılı olan müəllimlər seçki saxtalaşdırmasına cəhd edən şəxslər üçün effektiv vasitədir.

Modern.az-a açıqlamasında buna münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov müəllimlərin bələdiyyə və ya parlament seçkilərinə zorən cəlb olunduğunu söyləyib:

“Burada Təhsil Nazirliyində heç bir təqsir görmürəm. Əvvəllər təhsil sisteminin iki subyekti var idi: öyrənən və öyrədən. İndi isə təhsil sisteminin subyektləri çoxalıb. Bu subyektlərdən biri də icra hakimiyyətidir. Dövlət İmtahan Mərkəzi və digər müxtəlif qurumlar bura daxildir. Ona görə, məktəb çoxsubyektli quruma çevrilib. Belə olduqda isə düzgün qərarı qəbul etmək çox çətindir. Müəllimlər seçkiyə göndərilirlər. Hətta seçkini saxtalaşdırmaq üçün vasitəyə də çevrilirlər”.

Ş. Əsgərov düşünür ki, müəllimin ictimai şüuru olmalıdır: 

“Ölkənin Prezidenti tələb qoyub ki, ədalətli seçki keçirilsin. İcra hakimləri də, məktəb direktorları da buna əməl etməlidirlər. Mən müəllimlərə məsləhət görürəm ki, xalqın dediyi adama səs versinlər. Prezidentə kömək etsinlər. Hamımız Prezidentimizin həyata keçirdiyi islahatlara dəstək verməliyik”.

635x100

Şərhlər

Müəllim 2020-02-08 18:44:10

Şahlar müəllim.artıq Rayonların İcrat başçıları bütün məktəb direktorlarına və tibb nmüəssisələrinin müdirlərinə müəllim və tibb işçilərinin seçki günü saxtakarığa mobilizə olunmasına göstrişlər veriblər.Burada əsas hədəf YAP deputatlarlınn seçilməsini təmin etmək məqsədilə karusel təşkil edilməsi,hər müəllimim və tibb işçisinə özü ilə 20 nəfər seçki məntəqəsinə gətirməyi və onların müəyyən YAP namizədinə səs verməsini təmin etmək tapşırığı verilib və əks halda işdən azad edilmək təhlüksi bəyan ediblər...

vahid 2020-02-08 13:47:57

shahlar muellim konkret fakt, bineqedi rayonunda 143 sayli metebin ders hisse muduru shehla secki saxtakarligi uzre dunya cempionu

vahid 2020-02-08 13:46:52

shahlar muellim konkret fakt, bineqedi rayonunda 143 sayli metebin ders hisse muduru shehla secki saxtakarligi uzre dunya cempionu

AQAYEV 2020-02-07 12:25:56

Şahlar müə.HAYİF Sizin dövrünüzdəki komandadan.Sizinlə cox ğörüşmüşük QARADAQDA indi o qədər MƏMMƏDLƏR-FATMANİSƏLƏR cıxıb bunların hec YAP-a aidiyatı yoxdur.Salamlayıram Sizi.DƏYƏRLİ İNSAN.

Fikrət Hacıyev 2020-02-06 20:33:00

Hörmətli Şahlar müəllimə təşəkkürlər, bu seçkilərdən çox şey asılıdır. Xalqın istədiyi şəxslərə səs versək, bütün problerimiz sürətlə həll olunacaq. Əks halı isə düşünmək belə qorxuludur.

Son yazılar