Menu

Putin Polad Bülbüloğlunu mükafatlandırıb

06.02.2020, 17:16
Putin Polad Bülbüloğlunu mükafatlandırıb

Rusiya prezidenti Vladimir Putin Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlunun Rusiya-Azərbaycan münasibətlərinin inkişafındakı böyük xidmətlərinə görə fəxri diplomla təltif edilməsi barədə sərəncam imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.

Xatırladaq ki, bundan əvvəl Rusiya prezidenti Azərbaycan səfirini 75 yaşı münasibətilə təbrik etmişdi.

Şərhlər

t.ədalət 2020-02-06 22:52:39

Putin kimi mükafatlandırmağı çox yaxşı bilir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol