Menu

Qubad İbadoğludan ilk açıqlama - "Mübarizəmiz davam edir"

28.09.2014, 10:56
Qubad İbadoğludan ilk açıqlama - "Mübarizəmiz davam edir"

Müsavat Partiyasının dünən baş tutan qurultayında başqanlıq yarışında cüzi səs fərqi ilə məğlub olan Qubad İbadoğlu seçkinin nəticələrini qiymətləndirib. AzPolitika.info-nun məlumatına görə, o, Feysbuk səhifəsində bunları yazıb:

"Müsavat Partiyası başqanlığına yarışda mənə dəstək verən bütün partiyalı və partiyasız dostlarıma təşəkkür edir, onların dəstəyini Azərbaycan cəmiyyətinin 10 illərdir təşnə olduğu demokratiyaya, azadfikirliliyə, islahatlara və müsbət dəyişikliklərə verilən dəstək kimi dəyərləndirirəm.

Seçki kampaniyasında fəallıq nümayiş etdirən, səsini məndən əsirgəməyən fədakar müsavatçı qardaş və bacılarım! Ruhdan düşməyin və qətiyyən mübarizədən məğlub çıxdığımızı düşünməyin!

Məqsədimiz Müsavatı bu mübarizədən qalib çıxarmaq idi. Bizim mübarizəmiz mənafe yox, məfkurə mübarizəsidir!

Mücadiləmiz davam edir!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol