MSK 4 DAİRƏ ÜZRƏ NƏTİCƏLƏRİ LƏĞV ETDİ - Daha 7 dairə üzrə şikayətlərə isə DSK-larda baxılacaq

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairələrdən gələn şikayətlərə baxılıb.

Əvvəlcə 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.

Şikayətlə ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib.

Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir.

Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.

Xatırladaq ki, bu dairənin lider namizədi sabiq deputat Çingiz Qənizadə idi. Beləliklə, Çingiz Qənizadənin mandat ala bilməyəcəyi məlum olub.

Daha sönra Mərkəzi Seçki Komissiyasının fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.

Onların müraciətilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.

MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də seçki qanunvericiliyinin pozuntularına yol verilib: “2 seçki məntəqəsində seçki komissiyasına protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

İclasda həmin dairənin 30 seçki məntqəsi üzrə səsvermənin nəticələrin hesablanması zamanı pozuntular olduğu hesab edilib. Bu dairə üzrə səsvermənin nətciələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qərar qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğlu (Abbasov) idi. O, seçkidən sonra rəqibinə yüksək fərqlə qalib gəldiyini bildirmişdi. 

Mərkəzi Seçki Komissiyasının iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə də baxılıb.

Bu  məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

MSK üzvü bildirib ki, bir çox materaillara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib: “Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Qanunvericiliyin tələblərinə uyğun olmayıb. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarısz sayılan məntqələrinin sayı 27-dir.

İclasda həmin dairənin 27 seçki məntqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Hadı Rəcəbli idi. 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar, 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd Fuad Abbasovun müraciətinə baxılıb.

Məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

Qeyd edilib ki, ümumilikdə məntqələrin sayı isə 40-dır.

İclasda həmin dairənin 21 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib. Beləliklə, həmin dairə üzrə nəticələr ləğv olunub.

Qeyd edək ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmov idi. 

Bundan əlavə Mərkəzi Seçki Komissiyasının (MSK)  iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 91 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd Əbil Məmmədovun müraciətinə baxılıb. Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK katibi bildirib ki, müraciət DSK-ya göndərilib.

İclasda eyni zamanda 81 saylı Beyləqan seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 95 saylı Tərtər seçki dairəsi, 42 saylı Suqmayıt ikinci seçki dairəsi, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə və 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətlər müzakirə olunub.

Sonda həmin müraciətlərin Dairə Seçki Komissiyalarına göndərilməsinə qərar verilib.

AzPolitika. info

635x100

Şərhlər

Oqtay 2020-02-20 22:40:14

Bəs bu dövləti cinayət etmişləri nə vaxt həbs edəcəklər Polis nəyi və kimi gözləyir?

Vətəndaş 2020-02-14 10:00:35

Yaxşı olardı ki,bu pozuntulara yol verən.onu təşkil edənlər barədə də MSK gördüyü tədbirəri mətbuata açıqlayaydı.Çünki Seçki məntəqələrinin məsul işçillərinin belə qnunsuzluğa yol vermə səbəbləri Və MSK-nın bu barədə qərarı da ictimaiyyətin marq göstərdiyi mövzunun ən əsasıdır.tt

Semed 2020-02-14 02:33:06

qanun pozuntulari olmus o biri dairelerde de neticeler leqv olunmalidir.

seçici 2020-02-14 00:10:37

bunların yerinə də elə bunlar tipdə adamlar seçiləcək.

Son yazılar