Menu

Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb

15.02.2020, 11:16
Gürcüstanda azərbaycanlı qızı qaçıran gənc saxlanılıb

Gürcüstanın Marneuli rayonunda ötən gün 17 yaşlı azərbaycanlı qızı qaçıran şəxs saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan 1998-ci il təvəllüdlü şəxs üç nəfər tanışı ilə birgə 2002-ci il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum edib.

Qaçırılan qız Marneulidə tapılıb və evinə qaytarılıb.

Faktla bağlı istintaq davam etdirilir. Cinayətə qarşı 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol