Menu

“İdlibdə baş verənlər "S-400"lə bağlı müqaviləmizi poza bilməz” - Çavuşoğlu

15.02.2020, 20:03
“İdlibdə baş verənlər "S-400"lə bağlı müqaviləmizi poza bilməz” - Çavuşoğlu

"İdlibdə, Suriyada baş verənlər "S-400"lə bağlı müqaviləmizi əsla poza bilməz”.

APA-nın Türkiyə bürosunun Tükiyə Xarici İşlər Nazirliyinə istinadla verdyi xəbərə görə, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan tədbirdə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin “Suriyada, İdlibdə baş verənlər “S-400”-lə bağlı razılaşmanı poza bilərmi” sualına belə cavab verib.

Qeyd edək ki, Türkiyə XİN-in yaydığı açıqlamada Rusiya Federasiyasının Xarici işlər naziri Sergey Lavrovla Mövlud Cavuşoğlu arasında bu gün faydalı görüşün olduğu bildirilib, fevralın 17-də Türkiyədən xüsusi heyətin Moskvada rusiyalı heyətlə görüşəcəkləri də xatırladılıb və qeyd edilib ki, tərəflərin müzakirələrindən sonra həm Türkiyə, həm də Rusiyada keçirilən görüşlər təkrar qiymətləndirlib, yekun qərar veriləcək.

Şərhlər

Müfəttiş 2020-02-15 20:28:07

Rusun otkat siyasəti, hamıya gərəkli və tövsiyyə olunandır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol