“HEÇ VAXT İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİ SAXLAYA BİLMƏZSİNİZ” - Əliyev Paşinyanla görüşdə


“Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu erməni əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bu barədə dövlət başçısının köməkçisi Hikmət Hacıyev öz Twitter səhifəsində yazıb.

* * *21:25

“Ermənistan sülhdən danışır, bəs bu gün bir Azərbaycan əsgərinin erməni snayperi tərəfindən öldürülməsini necə izah etmək olar?!".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ münaqişəsində yeni inkişaf" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

* * *20:57

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər.

Dövlət başçısının köməkçisi Hikmət Hacıyevin öz Twitter səhifəsində yazdığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev giriş nitqində bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Xatırladaq ki, dəyirmi masa “Dağlıq Qarabağ münaqişəsində yeni inkişaf” adlanır və Bakı vaxtı ilə saat 20: 10-da başlayıb. Müzakirə 45 dəqiqə davam edəcək.

Müzakirənin moderatoru Rusiya-Amerika Fondunun icraçı direktoru Seleste Uollanderdir.

* * *20:29

Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində görüş başlayıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter səhifəsində məlumat paylaşıb.

635x100

Şərhlər

LETIF 2020-02-16 16:22:22

ELA DEDINIZ PREZITENTIMIZ

Son yazılar