Menu

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

16.02.2020, 11:36
Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq

Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Eyni zamanda Təhsil Nazirliyinə 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

Şərhlər

Müəllim 2020-02-16 11:58:31

Təkcə ixtisaslar deyil,eyni zamanda qəbul planlarının 9sayının ) da əmək bazarına uyğunlaşdırılması əsas şərtdir.Ali təhsilini bitirən vətəndaşlar işə tyinatla təmin olunmalıdırlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol