AVROPANIN TƏBİİ QAZ BAZARI UĞRUNDA MÜBARİZƏ KƏSKİNLƏŞİR – Rusiya ABŞ-la rəqabətə davam gətirə biləcəkmi?

Rusiya ərazisindən başlayan və Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən “Şimal axını-2” təbii qaz boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı ABŞ administrasiyasının tətbiq etdiyi sanksiya bu layihənin yekunlaşmasını xeyli ləngidib.

Kəmərin operatoru Rusiya enerji nəhəngi olan “Qazprom” şirkəti birdirir ki, onlar layihəni özləri müstəqil şəkildə bitirəcəklər.

Gözlənildiyinə görə, bu qaz boru kəməri 2021-ci ilin əvvəlində işə salınacaq. ABŞ hesab edir ki, “Şimal axını-2” Avropanı daha təhlükəli hala gətirərək, enerji sahəsində qitəni Rusiyadan asılı vəziyyitə salır. Lakin Avropa Birliyi və Rusiya sanksiyaları qınayır. Öz növbəsində Avropa Biriyinin rəsmi mərkəzi sayılan Brüssel bürokratiyası baş verənləri narazılıqla qarşılayaraq, deyir ki, Avropa öz enerji siyasətini özü müəyyənləşdirməlidir.

Bildiyimiz kimi son dövrlər Amerikada zəngin qaz yataqları aşkarlanıb.Vaşinqton Avropanı potensial müştəri qismində görür. Sözsüz ki, ABŞ-ın buradakı başlıca məqsədi öz sıxılmış təbii qazını Avropa bazarına göndərməkdir. Ancaq burada həm də geosiyasi məsələlər də var. ABŞ iqtisadi çıxarla yanaşı, Avropanın siyasi baxımdan Rusiyadan asılı vəziyyətə düşməsinə izn verməz. Rusiyanın siyasi təzyiq vasitəsi kimi təbii qaz nəqlindən necə istifadə etməsi məlumdur. Ukrayna və son zamanlar isə Belarusiya ətrafında cərəyan edən ixtilaflar buna bariz nümunədir.

Elə bu səbəbdən də Amerika Avropanın daha artıq həcmdə qaz idxal etməsi yollarını bağlamağa çalışır. Hazırda ABŞ Avropaya sıxılmış təbii qaz ixarc edir, lakin bu həcm avropalı istehlakçıları qane edəcək səviyyədə deyil.

“СNBC” televiziya kompaniyasına verdiyi müsahibədə ABŞ dövlət katibinin enerji resursları üzrə müavini Fren Fennon məsələ ilə bağlı deyib: “Biz görürük ki, bir çox ölkə Rusiyadan təbii qaz almaqda davam edir. Ancaq orada heç bir rəqabət yoxdur.Orada şəffaflıq varmı? Ümumiyyətlə orada bazar mövcuddurmu? Harada ki, yalnız bir tədarükçü var. Bu,bazar deyil.”

Enerji nəhəngi və Avropanın qonşusu olan Rusiya uzun illərdir ki, köhnə qitənin böyük qaz tədarükçüsüdür. Rusiya ixracın artırılması məqsədiylə çəkilən yeni qaz kəmərləri sayəsində öz mövqeyini möhkəmləndirəcək.

Son məlumata görə, Rusiya 2018-ci və 2019-cu ildə Avropa Birliyi ölkələrinə ən çox təbii qaz nəql edən ölkə olub. 2019-cu ilin birinci rübündə Avropanın təbii qaz idxalının 39,4%-i Rusiyadan, 29,6%-i Norvecdən təmin edilib. Digər ixracatçı ölkələr Əlcəzair, Qatar və Nigeriyadır. Avropanın təbii qaz idxalının yalnız 3,4 faizi ABŞ-ın payına düşür.

Fren Fennonun sözlərinə görə Rusiya enerji cəbhəsində ABŞ tərəfindən gələ biləcək rəqabətdən və vəziyyətin dəyişilməsindən qorxur. O, deyib: “Rusiya görür ki, ABŞ-dakı təbii qazın qiyməti aşağıdır və elə bu səbəbdən rəqabət yarana bilər. Biz sıxılmış təbii qazın Avropaya ixracını ikiqat artırmaq niyyətindəyik. Ruslar bərk narahatdır. Biz bu cür mənzərəni artıq bir neçə dəfə görmüşük. ABŞ-dan və ya digər mənbədən sıxılmış təbii qaz alınması perespektivi meydana çıxan kimi, rusların danışıqlardakı mövqeyi dəyişir. “Qazprom” dərhal öz qazının qiymətini aşağı salır. İndi Rusiya rəqabət aparmaq məcburiyyətindədir, çünki Avropanın seçim imkanı yaranır.”

Son dövrlər Avropaya qaz satmaq istəyən ölkələr arasında İsrail və Yunanıstanı da görürük. Aparılan kəşfiyyat-qazma işləri nəticəsində Kipr adasının şimal hissəsində qaz yataqları tapılıb. İsrail və Yunanıstan bu qazın birgə hasilatına başlamaq üçün müəyyən hazırlıqğa başlayıblar. Hələ Aralıq dənizinin bu hissəsində hansı həcmdə təbii qaz ehtiyatının olması konkret bəlli deyil.

Həmin bölgəyə yaxın sularda Türkiyə də kəşfiyyat-qazma işləri həyata keçirir. Yunanınstan və İsrail isə Türkiyəni təbii qaz mənbəyindən vurub sıxışdırmağa cəhd edir. Bu məsələdə Rusiya Türkiyəni dəstəkləyir. Əlbəttə, əslində daha dərin mətləblərə varsaq, onda aydın olar ki, Rusiya nə Türkiyənin, nə də İsrail və Yunanaıstanın qaz hasil etməsini istəyir. Sadəcə istəyir ki, bu ölkələr arasında münaqişə çıxsın. Rusiya Avropaya qaz satışı məsələsində birmənalı olaraq hər hansı rəqibin peyda olmasını həzm edə bilmir.

Rusiya xəzinəsinin 50%-dən çoxu neft və təbii qaz satışından gələn pullar sayəsində doldurulur. Deməli, təbii qaz enerji resursunun vacib elementi kimi Rusiyanın bu günü və sabahı üçün strateji əhəmiyyət daşıyır.Əgər təbii qazın satışı aşağı düşərsə, onda bu, Moskvanın qlobal geosiyasi planlardan əl çəkməsinə gətirib çıxara bilər.

Aralıq dənizi hövzəsində böyük enerji resurslarına malik Liviyada general Xalifa Haftarın Rusiya tərəfindən dəstəklənməsi məhz buradan qaynaqlanır. Hazırda Rusiyanın “Vaqner”qrupunun 2500 muzdlu əsgəri Haftarın yanındadır.

Əgər Avrasiya materikindəki bütün geostrateji çəkişəmlərin dinamikasına diqqətlə baxsaq,onda Rusiyanın daimi əsaslara söykənən planının olmadığını anlayarıq. Sössüz ki, siyasətdə əbədi dost yoxdur. Lakin Kreml digər siyasi güc mərkəzlərindən fərqli olaraq, geostrategiyada qısa müddətli maddi mənfəəti hər şeydən üstün tutur.

SSRİ-də məsələ ayrı cür idi. Çünki Sovet İttifaqı yaxın dostları ilə kommunist ideoloğyası əsasında münasibət qururdu və onun üçün maddi mənafe ön planda dayanmırdı. Əksinə, əlverişli geostrateji müstəvinin əldən verirlməməsi naminə SSRİ böyük pullar xərcləyirdi.

İndi Rusiya düşünür ki, Liviyanın başının münaqişəyə qarşıması yaxşıdır.Çünki belə vəziyyətdə ölkənin təbii qaz hasil etməsi müşkül işə çevrilir.

Gəlin ABŞ və Rusiyanın maliyyə imkanlarını müqayisə edək. Nominal hesablamaya əsasən Rusiya Federasiyasının Ümumi Daxili Məhsulu(ÜDM) 1,64 trilyon dollardır. ABŞ-ın müvafiq ÜDM göstəricisi 21,44 trilyon dollardır.

Rusiya əhalisinin sayı 145 milyon, Amerikanın əhalisi isə 330 milyon nəfərdir. Adam başına düşən gəlirə görə də Rusiya ABŞ-dan xeyli geridir.

Amma unutmayaq ki, Rusiya üçün insan faktoru tarix boyu arxa planda dayanıb. Rusiyanın potensial gücü, onun coğrafi mövqeyinə görə dəyərləndirilir.Çünki bu coğrafiyada dünyadakı faydalı qazıntının 20%-i, təbii qaz ehtiyatının isə, 30%-i cəmlənib.

Sössüz ki, Rusiyanın neft və qaz sektorundan savayı, hər hansı digər sahədə ABŞ-la iqtisadi mübarizəyə girişməsi avantüradır.İqtisadi mübarizədə təkcə təbii resursların bolluğu kifayət etmir.

Axı ABŞ həm də maliyyə nəhəngidir.Amma indiki konkret məsələdə söhbət coğrafi mövqenin Rusiyaya verdiyi üstünlükdən gedir. Belə ki, Avropa Rusiyanın qonşusudur.

Önümüzdə çox sadə həqiqət dayanır: əgər Amerikadan Avropaya tələb olunan həcmdə təbii qaz daşınması təmin edilməyəcəksə,onda Rusiya Avropanın əsas təbii qaz tədarüksüsü möqeyində möhkəm dayanacaq.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar