“BANK RESPUBLİKA”NIN SAHİBİNİN OĞLU QƏFİL ÖLDÜ - Aneflaktik şok keçirib

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakıda 15 yaşlı oğlan qəfil dünyasını dəyişib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, Təcili Tibbi Yardıma çağırış dünən axşam saatlarında gəlib: “Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib. Yeniyetmənin 15 yaşı var”.

Qeyd edək ki, vəfat edən yeniyetmə “Bank Respublika”nın sahibi Natiq Quliyevin oğludur. N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

***

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlu vəfat edib. “Report” xəbər verir ki, hadisə ötən gün Bakı şəhəri Məmməd Araz küçəsi 2 ünvanında qeydə alınıb.

Belə ki, axşam saatlarında yeniyetmənin hərarəti artıb. Ona ev şəraitində iynə vurulub. Mərhum iynədən sonra aneflaktik şok keçirib. Dərhal özəl xəstəxanadan təcili yardım çağırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı demokrat.az saytı yayıb. 

***

“Bank Respublika"nın sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil dünyasını dəyişib. "Demokrat.az" xəbər verir ki, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb. Həkimlərin ilkin müdaxiləsi olsa da, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov və digər bank rəhbərləri qatılıblar.

Qeyd edək ki, N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

Allah rəhmət eləsin!


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar