Bölgələr üzrə buraxılış imtahanlarının tarixi açıqlanıb

Buraxılış imtahanlarının əvvəlcədən elan edilmiş tarixlərə uyğun olaraq şəhər və rayonlar üzrə keçirilmə qrafiki, eləcə də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçiriləcək digər tədbirlərin tarixləri müəyyən olunub.

DİM-dən verilən məlumata görə, Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ildə keçiriləcək imtahanların tarixləri yanvar ayında elan edilib. Artıq Mərkəz tərəfindən həyata keçiriləcək digər tədbirlərin (ali və orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu və s.) qrafiki də saytın “Təqvim” bölməsinə əlavə edilib. Axtarış sistemində lazım olan fəaliyyət istiqaməti və tədbiri seçməklə, ayrıca həmin istiqamətə aid tədbirlərin tarixləri əldə etmək mümkündür.

Ümumi və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanları isə şəhər və rayonlar üzrə aşağıdakı qrafikə uyğun keçiriləcək.Qeyd 1: Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Qeyd 1: Məcburi köçkün rayonlarının məktəblərində təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarda imtahan verəcəklər.

Qeyd 2: C. Naxçıvanski adına Hərbi lisey (Bakı) və Heydər Əliyev adına Hərbi liseylərdə (Naxçıvan) təhsilalanlar təhsil müəssisələrinin yerləşdiyi müvafiq şəhər və rayonlarla eyni tarixdə imtahan verəcəklər.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrinin şagirdləri müvafiq siniflər üzrə 3-cü imtahan günündə (istiqaməti) imtahan verəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar