PUTİNİN BİLDİYİ İKİ ŞƏRT, ZAXAROVANIN BİLMƏDİKLƏRİ... – Və Rusiya-Türkiyə dostluğu üçün ağır yük...

İdlibdə yaranan durum bütün dünyanın diqqət mərkəzindədir. Hazırda ən çoz Türkiyənin atacağı addımların nədən ibarət olacağı müzakirə edilməkdədir. Bu mövzu ilə bağlı “Daily Sabah” dərgisində maraqlı yazı dərc olunub. Həmin yazının təqdim edirik:

Rəsmi nümayəndələrin qızışdırıcı və təhrikçi bəyanatlarına baxmayaraq, nə Rusiya, nə də İran Astanada əldə olunmuş uğurdan imtina edə bilməzlər.

Cenevrədə gedən danışıqlar prosesinin bir şey vermədiyini görən Rusiya Türkiyə və İrana müraciət etmək məcburiyyətində qaldı. Onlar Suriya probleminin yeni həllini tapmağa çalışır. Belə ki,dörd milyon Suriya vətəndaşı Türkiydə, daha üç milyon isə Livan və İordaniyada məskunlaşıb. Rusiya yaxşı başa düşməlidir ki, Dəməşqdəki rejim bu qaçqınların hamısının tamamilə geriyə qayıtmalarını təmin etməlidir.

Bəs “tamamilə qayıtmaq” nə anlama gəlir?

Əlbəttə ki, geri qayıdan qaçıqınlar öz torpaqlarını, bizneslərini, dükanlarını, maşınlarını və seçici kimi şəxsiyyət vəsiqələrini almalıdırlar. Məgər belə olmamalıdır? Suriyalılar döğma diyarlarında özlərini təhlükəsiz hiss etməli və layiq olduqları bütün hüquq və imtiyazlardan yararlanmalıdırlar. Torpaq mülkiyyəti və pensiyaları də daxil olmaqla, onların bütün haqları və imtiyazları bərpa olunmalıdır.

Rusiyanın rəsmi nümayəndələri suriyalı qaçqınların könüllü şəkildə öz vətənlərinə dönmələrinin həlli yollarını təklif etmək əvəzinə, öz təxribatçı bəyanatlarıyla iki ölkənin yaratdığı lazımı atmosferi zəhərləyirlər. Yəqin ki, prezident Putin Suriya probleminin yalnız iki şərtlə həll olunacağını bilməmiş deyil.

Birincisi - bu, Suriyanın ərazi bütövlüyüdür.

İkinci şərt isə, Suriyada yalnız bir dini konfesiyaya söykənən hakimiyyət sistemi ortadan qalxmalıdır (hazırda hakimiyyətdə ancaq şiələr təmsil olunur).

Ankaradakı səfir Aleksey Yerxovdan və Rusiya Xarici İşələr Nazirliyinin qalmaqallı çıxışlarıyla yadda qalan mətbuat katibi Mariya Zaxarovadan fərqli olaraq, Putin məsələnin real həlli yollarını axtarır.

Zaxarova tənbəlliyindən tarix üzrə dissertasiyasını bitirə bilməyib, bitirsəydi...

Soçi razılaşmasına müvafiq qaydada İdlibdə yaradılmış müşahidə postundakı türk əsgərlərinə edilən hücum barəsindəki suala cavab verən Mariya Zaxarova deyib ki, əgər sən dəvətsiz getdiyin ölkədə yerləşmisənsə, onda sənə atəş açılacağını gözləməlisən. Görünür o, tənbəlliyindən tarix üzrə dissertasiyasını bitirə bilməyib.

Əgər bitirsəydi, onda ona məlum olardı ki, Türkiyəni Suriyada həmişə alqışla və xoş qarşılayıblar. Osmanlı torpaqlarının gələcəyi ilə əlaqədar “Millətlər Cəmiyyəti”ndə keçirilən referendumu unutmasınlar.

Bu xanım Türkiyə ilə Bəşərin atası Hafiz Əsəd arasında bağlanmış “Ədən müqaviləsi”ni də öyrənməyib.

Ola bilər ki, xanım Zaxarovanın başı Avropanın paytaxt şəhərlərindəki geyim modalarına qarşıb.

Amma Zaxarovadan fərqli olaraq, səfir Aleksey Yerxovun kifayət qədər təcrübəsi var və o, Türkiyənin Suriyadakı fəaliyyətlərinin xarakterini yaxşı bilir. Yerxov çox yaxşı anlayır ki, İdlibdə kimlərin terrorçu olduğunu ayırd etmədən, silahlı qrupları təmizləmək olmaz. Çünki çox mötədil silahlı qruplar var və onlar öz ailələri ilə birlikdə İdlib sərhədləri daxilində yerləşiblər.

Məhz beynəlxalq dəstək sayəsində xarici yaraqlıların kimliyini düzgün müəyyənləşdirəndən sonra, onları öz ölkələrinə yollamaq lazımdır. Bu isə Suriyanın ən həlli təxirəsalınmaz problemi deyil.

Səfir Yerxov “Sputnik” saytına verdiyi xoşagəlməz müsahibəsində deyib ki, Suriya hökuməti bütün terrorçuları ölkədən qovmaq istəyir. Əlbəttə ki, bunu hamı istəyir. Lakin ölkənin 40 faizi PKK terrorçuları və onların Suriya filialı olan “YPG” və “PYD”-nin nəzarəti altında olduğu halda, İdlib məsələsi Bəşər Əsəd və ya Yerxov üçün bir nömrəli prioritet olmamalıdır.

Hə, bağışlayın cənab Yerxov! Axı, ”YPG” və “PYD” Moskvanın göstərişinə əsasən terrorçu sayılmırlar. Elə ona görə də, onlar “Sem dayı”nın müdafiəsi altındakı neft yataqlarını və Suriyanın bütün şərq hissəsini işğal edə bilərlər.

Amma türk əsgərləri müvafiq razılaşmaya əsasən İdlibdə yerləşiblər və bu razılaşmanın altında Putinin imzası var. Hər halda, haqqında danışılan bu rəsmi nümayəndələr heç də tam düzgün şəkildə Kremlin baxışlarını ifadə etmirlər. Sözsüz ki, Kreml Dəməşqdəki Əsəd rejiminə tam nəzarət etmək imkanında deyil. Əsəd Rusiya-Türkiyə dostluğu üçün ağir yükdür. 

Digər yandan isə Əsəd zəhərli həşəratlar kimi, ömrünə az qaldıqca daha aqressiv olmağa başlyıb. Suriya münaqişəsində iştirak edən ölkələr bir türk atalar sözünü yaxşı yadda saxlamalıdırlar: “Tülkünün əcəli çatanda, aslana tərəf gedir”

Hazırladı: Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar