Uşaq poliklinikasındakı yanğın söndürüldü - YENİLƏNİB

Bakıda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb.

Yanğın, yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb.

* * *

Bakıda yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən 17 saylı uşaq poliklinikasında qeydə alınıb.

Məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi əraziyə yollanıb.

Ətraflı məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar