Bu gün Xırdalanın bəzi yaşayış massivlərində işıq olmayacaq

Bu gün Xırdalan şəhərinin bəzi yaşayış massivlərində elektrik enerjisi təchizatında qısa müddətli fasilələr olacaq.

Bu barədə “Azərişıq” ASC Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində elektrik verilişi xətlərində aparılacaq yenidənqurma və təmir işləri ilə əlaqədar olaraq fevralın 25-də saat 12.00-dan 14.00-dək Xırdalan şəhərinin bəzi yaşayış massivlərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar