"Xocalı faciəsi Ermənistan milliyyətçi hərbi birləşmələri tərəfindən təşkilatlanmış şəkildə törədilib. Məqsəd Azərbaycanın Xocalı şəhərində etnik təmizləmə aparmaq olub".
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış rusiyalı politoloq Sergey Markov bildirib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilənlər soyqırımı aktıdır: "Bunun başqa adı yoxdur. Dağlıq Qarabağdan Azərbaycan əhalisini çıxarmaq və həmin əraziləri işğal etmək məqsədi ilə bu vəhşi qanlı cinayət törədilib. Xocalı faciəsi çox yaxşı təşkilatlanmış soyqırımıdır. Bu soyqırımı aktının çox dəqiq və aydın siyasi məqsədi olub".
Rusiyalı siyasi ekspert ötən il Bakıda Xocalı yürüşündə iştirakını da xatırlayıb: "Biz Rusiya nümayəndə heyətinin tərkibində Bakıda dinc Xocalı yürüşüdə iştirak etdik. Həmin yürüş məndə çox böyük təəssürat oyatdı. Azərbaycan xalqının isterika olmadan bu hadisəyə verdiyi qiymət bizi heyran qoymuşdu".
S. Markov Azərbaycanın Xocalı həqiqətlərinin dünya icatimaiyyətinə çatdırılması üçün çox işlər gördüyünü vurğulayıb: "Görülən işlər heç də asan başa gəlmir. Azərbaycan Xocalı soyqırmı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün informasiya blokadasını yarır. Xocalıda soyqırımı aktını törədən siyasi qüvvələr həmin informasiya bolkadasını yaradıblar. Lakin Azərbaycan dövləti həmin blokadanı yararaq dünyanı Xocalıya ədalətə çağırır. Ümid edirəm ki, Xocalıda ədalət bərpa olunacaq".


Şərhlər
Bu adamların məqsədləri gün kimi bəllidi. Azərbaycan xalqının şüurunda bütün soyqırım faktlarını saxtalaşdırmaq. Əvvəla bu kimi insanların Xocalı soyqırımı haqqında danışmağa belə ixtiyarı yoxdur. Azərbaycan mətbuatı bu cür məsələlərdə diqqətli olmalıdı ki dezinformasiya xarakterli məlumatlar yaylmasın çünkü bu bizim milli mücadilə məsələmizdir. Həqiqət gün kimi aydındı siz alçaq ruslar olmasaydız erməni vandalları bizə heçnə edə bilməzdi. Tarixin ən dəhşətli soyqırımlarndan olan Xocalıda rus 366 moto atıcı alayının bilavasitə böyük yardımı ilə baş verib. indi bu alçaq rus siyasilərinin məqsədi özlərini bizə dost kimi göstərməkdi guya. Guya bunlar bizim halımıza yanırlar. Başımıza gələn hər bir faciədə rusların əli olduğunu unutmaq olmaz. Ona görədə bu kimi çıxışlar mətbuatda tənqid olunmalıdır. yoxsa rusları bizə qardaşlıq nümunəsi göstərməyin. Və düşünürəmki bunu edən mətbuatda ən az onlar qədər günahgardı bu işdə. Bizə kiminsə nə ədaləti nədə mərhəməti lazım deyil. Qisasımızı almaq üçün hər əməlimizdə səfərbər olmalıyıq.