Menu

“ABŞ İdlib üzrə Türkiyəyə kömək vəd etdi, amma heç nə etmədi” - Ərdoğan

27.02.2020, 00:39
“ABŞ İdlib üzrə Türkiyəyə kömək vəd etdi, amma heç nə etmədi” - Ərdoğan

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 26-da bəyan edib ki, Birlşmiş Ştatların prezidenti Donald Tramp onunla telefon danışığı zamanı Suriynın İdlib əyaləti üzrə Ankaraya Türkiyəyə dəstək vəd edib, ancaq hələ də Vaşinqtondan heç bir konkret kömək gəlməyib.

«Görndüyü kimi, mən Suriya mövzusunu Trampla yenidən müzakirə etməli olacam» - Ərdoğn əlavə edib.

Ardınca o, hazırlanmaqda olan dördtərəfi sammit (Rusiya, Türkiyə, Almaniya və Fransa) məsələsinə toxunub.

«İdlib üzrə görüşün tarixi və yeri razılaşdırılıb - martın 5-i, böyük ehtimalla, İstambulda. Hazırkı anda görüşün formatı müzakirə olunur - iki (Rusiya və Türkiyə) və ya dörd liderin görüşü» - deyə, prezident izah edib.

Ərodoğan bundan əvvəl NATO üzrə müttəfiqi olan ABŞ-ın Ankaraya «Petriot» raket əleyhinə müdafiə kompleksi (RƏM) verməyə hazır olması barədə KİV-in yaydığı xəbərlərə aydınlıq gətirib: «ABŞ Türkiyəyə Zenit-Raket Kompleksi verməyə hazır olduğunu bildirməyib. Ankara ABŞ tərəfə bəyan edib ki, ondan «Petriot» kompleksi almağa hazırdır. Konqresdən razılığı Ankara yox, Vaşinqton almalıdır».

Bundan əvvəl, xəbər verildiyi kimi, Tramp fevralın 18-də bəyan etmişdi ki, «ABŞ və Türkiyə İdlibdəki vəziyyətin tənzimlənməsi məsələsi üzərində birlikdə işləyirlər».

Xatırladaq ki, NATO İdlib məsələsinə yönəlik Türkiyəyə kömək göstərmək imkanlarnı görmür. Alyansdakı mənbələrə görə, bu yaxınlarda blok üzvü olan dövlətlərin müdafiə nazirlərinin keçirdiyi görüşdə NATO-nun Ankaraya dəstək göstərmək məsələsi qaldırılmayıb.

Brüsseldə formalaşmış fikirə görə, Suriyada Türkiyə hərbçilərinin həlak olması kollektiv müdafiə mexanizmlərinin işə düşməsi üçün əsas deyil. Bildirilir ki, Türkiyə hərbçiləri başqa ölkənin ərazisində həlak olduqdarı üçün, bu insidentlər NATO nizamnaməsinin 5-ci maddəsinin fəaliyyəti altına düşmür.

Bütün bunlardan əlavə, NATO ölklərinin böyük qismi Türkiyənin Suriyadakı (İdlib və Hələb bölgəsi, şimal-şərq rayonları) hərbi əmələyyatlarını dəstəkləmir.

NATO-nun Brüsseldəki mənzil-qərargahında belə fikirlər də səsləndirilir ki, Ankara təhlükəli avantüraya girişib və bu fəaliyyət alyansın Rusiya və İranla münaqişəyə gəlməsinə səbəb ola bilər. Məlumdur ki, bu dövlətlər Suriyanın «hökumət» qüvvələrini dəstəkləyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol