Bakıda 26 yaşlı qadın pnevmaniyadan dünyasını dəyişib.
TƏBİB-dən verilən məlumata görə, qadın gücə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxana çatdırılıb.
“Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmaniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz ondan sonra məlum olacaq.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb.


Şərhlər
Pnevmaniya elə koronavirusun təzahürüdür də.