Menu

Bakıda “Məsti Xumar”ı oynayan müəllim danışdı: “Dərs zamanı bunu etməmişəm” +VİDEO

29.02.2020, 15:26
Bakıda “Məsti Xumar”ı oynayan müəllim danışdı: “Dərs zamanı bunu etməmişəm”  +VİDEO

Bakıda məktəbdə “Məsti Xumar” mahnısını oynayan müəllim yayılan video-görüntüsündən danışıb.İbtidai sinif müəlliməsi olan Gülsüm Biləndərli Unikal.org-a sözügedən görüntünün ona aid olduğunu bildirib:

“Sözügedən görüntüyə aydınlıq gətirmək istəyirəm.Bu video görüntü qış tətilində hesabat hazırladığım zaman çəkilib.

Bayıldan Qaradağa hər gün məktəbə dərs deməyə gedirəm. Həmin gün səhər saat 08:00-dən saat 15:30-a qədər davamlı statistik məlumatlar hazırlayırdım.

Yorğunluğumu, stresimi çıxarmaq üçün özümə məxsus noutbukda musiqi dinləməyə başladım. Oynadım və bu görüntünü həmkarlarma göndərdim. Dedim ki, mən bu vəziyyətdəyəm, siz necəsiniz?

Heç ağlıma gəlməzdi ki, ziyalı adını daşıyan müəllim həmkarım bu yolla məni rüsvay etmək fikrinə düşər.

Bu hadisə nə dərs zamanı, nə iş saatımda baş verməyib.

Onu da deyim ki, mən şagirdlərimə musiqi dərsini xüsusi zövqlə keçirəm. Deyərdim ki, dərs verdiyim məktəbimizin ən yaxşı xor qrupu mənim şagirdlərimdən ibarətdir.

Yeni il tədbirində hazırladığım rəqs nömrəsi hamını heyran etdi. Nədənsə bunu kimsə paylaşmadı.

20 ildən artıqdır ki, məktəbdə müəllim işləyirəm. Dərs verdiyim şagirdlər bu gün Azərbaycanın ən yaxşı Ali təhsil müəssisələrində oxuyublar.

Hazırda da şagirdlərimdən universitetlərdə təhsil alanlar var. Bu gün həmçinin dərs dediyim şagirdlərimdən ən yüksək vəzifələrdə çalışanları da qeyd etmək istəyirəm”.

Gülsüm Biləndərli bir daha hesab edib ki, sözügedən görüntünü yayan həmkarları onun müəllim adına ləkə salmaq istəyiblər: “Amma bir daha qeyd etmək istəyirəm ki, sözügedən görüntü dərs və iş saatımda baş verməyib. Səhvimdir ki, məktəbdə bu görüntünü çəkmişəm. Hesab edirəm ki, orada məktəb və müəllim adına ləkə gətirəcək nəsə etməmişəm. Hazırda 52 yaşım var. Yaşımın bu çağından sonra da şagirdlərimə ruh yüksəkliyi ilə, təhsil vermək gücündəyəm”.

Şərhlər

Oqtay 2020-03-01 00:02:04

Hə burada nə iş var ki?Yorulub zehni işlə idman edir.Burada bir qəbahət görmürəm

X 2020-02-29 21:26:33

He ne olsun Vallah isiniz gucunuz qurtarib. Ayib olan nedi?

Mirzə AĞ 2020-02-29 19:13:27

Namərdlik çox tühaf xasiyyətdir!!!

Mirzə AĞ 2020-02-29 19:13:11

Namərdlik çox tühaf xasiyyətdir!!!

Fazai 2020-02-29 16:45:07

Doctlarinizl cox gec tanimisiz

t.ədalət 2020-02-29 16:04:45

Bu videonu yayanların normal tərbiyə sahibi olduqlarına inanmıram.İnsan özünə məxsus olan vaxtı keçirmək üçün kimdənsə icazə almağa borclu deyil.İkincisi də müəllimə rəqs edirsə bunun başqasına nə dəxli var.Videonu yayanı axtarıb tapmaq,üzünə tüpürmək lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol