Menu

Sumqayıtda 4 qol vurulub, “Qarabağ” xal itirib

29.02.2020, 20:38
Sumqayıtda 4 qol vurulub, “Qarabağ” xal itirib

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki görüşdə heç-heçə qeydə alınıb. Günün ilk matçı Sumqayıtda keçirilib. Turnir cədvəlində qonşu olan “Sumqayıt”la “Keşlə”nin qarşılaşması məhsuldar alınıb.

Hərəyə 2 qol vuran komandalar bir xalla kifayətləniblər. Meydan sahiblərinin heyətində legionerlər, paytaxt təmsilçisində yerli futbolçular qol sevinci yaşayıblar.

Son illərin çempionu “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam təmsilçisinin üstünlüyü ilə keçən qarşılaşmada paytaxt klubu əsasən müdafiə olunub. Arxa xətdə etibarlı oyun nümayiş etdirən bakılılar rəqibin təzyiqi qarşısında tab gətirərək səfərdən bir xalla ayrılıb.

Qeyd edək ki, tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq. “Zirə” “Qəbələ”ni, “Neftçi” “Səbail”i qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral (şənbə)

16:00. “Sumqayıt” – “Keşlə” - 2:2
Qollar: Babayi, 4, Sadıxov, 59 - İsgəndərli, 10, Alxasov, 80

18:00. “Qarabağ”– “Sabah” - 0:0

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol