Bolqarıstan Baş naziri Boyko Borisov enerji nəhəngi "Qazprom"dan təbii qazın alış qiymətində, 40% güzəşt əldə etdiklərini bildirib.
"AzPolitika.info" "Habertürk"ə istinadla xəbər xəbər veri ki, Boyko Borisov açıqlamasında bildirib: "Qazprom bizə yazılı müqavilə göndərdi.Bu müqaviləni yeniləyən ölkələr arasında ən çox güzəşti alan ölkə biz olduq.Qıymətlərdə 40% güzəşt edildi".
Xatırladaq ki, Bolqarıstan bu günə kimi "Qazprom"dan qazın 1000 kub metrini 300 dollara alırdı.Bu müqavilə ilə isə, 180 dollar ödəyəcək.


Şərhlər