Menu

ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? - Tramp

05.03.2020, 11:19
ABŞ-da koronavirusa yoluxanların sayı niyə azdır? - Tramp

ABŞ Çinlə sərhədləri vaxtında bağladığı üçün ölkədə koronavirusa yoluxanların sayı azdır.

Trend-in məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp “Fox” telekanalına müsahibəsində deyib.

O bildirib ki, administrasiyada işləyən şəxslər sərhədləri bağlamamağı tövsiyə etsə də, bu addımı atıb:

“Mənə verilən tövsiyələrə baxmayaraq, mən Çinlə sərhədləri bağladım və göründüyü kimi, bu, müdrik qərar oldu. Digər ölkələrlə müqayisədə bizdə yoluxanların sayı azdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol