Menu

Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

06.03.2020, 22:13
Bakı-Sumqayıt yolunda qəza tıxac yaratdı

Bakı-Sumqayıt yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xırdalan dairəsində qeydə alınıb.

Belə ki, 10-LF-191 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil 99-PF-855 dövlət nömrə nişanlı “Ravon N 3” markalı avtomobili arxadan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Nəticədə yolda tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması üçün tədbirlər görülür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol