Menu

İranlı general Suriyada öldürüldü

07.03.2020, 19:20
İranlı general Suriyada öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Suriyada öldürülüb. Bu barədə “Fars” agentliyi xəbər yayıb.

Məlumata görə, general Fərhad Dəbirian SEPAH-ın Palmiradakı komandanı olub.

İran hökuməti generalın ölümü ilə bağlı təfərrüatları açıqlamayıb.

Dəbirianın ölümü ilə bağlı məlumatda o, müqəddəs ziyarətgahların mühafizəçisi və şəhid kimi qələmə verilib.

Qeyd edək ki, bundan əvvəl Suriyada SEPAH-ın “Əl-Qüds” elit bölməsinin baş komandanı Əsğər Paşabur öldürülmüşdü. O, İranın Suriyada xüsusi əməliyyatlarının əsas təşkilatçılarından biri olub. Paşabur, həmçinin, İraqda öldürülən iranlı general Qasim Süleymaninin yaxın ətrafına daxil idi.

Şərhlər

t.ədalət 2020-03-07 21:39:56

Bu generalın qətlinə səbəb,deyilənə görə Putinin ünvanına "kafir" sözünü işlətməsi olub.Rusiyanın dostluğu adamların onlara lazım olduğu müddətə qədərdir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol