ÜST KORONAVİRUSU PANDEMİYA ELAN ETDİ - Epidemiya 121 ölkədə qeydə alınıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar