“AVROMED”in RƏHBƏRİ VƏZİFƏSİNDƏN AZAD OLUNDU - FOTOLAR

“Avromed Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktoru Əzizə Baxşiyeva işdən çıxarılıb. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

“Əzizə Baxşiyeva rəsmi olaraq 20 fevral 2020-ci il tarixindən istefa ərizəsi yazmış və həmin tarixdən 6 mart 2020-ci tarixinədək təhvil-təslim prosesində idi. Hazırda Ə.Baxşiyevanın “Avromed Company” QSC ilə birbaşa və dolayısı əlaqəsi mövcud deyil”, – deyə şirkət bəyan edib.

Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Əzizə Baxşiyevanın həyat yoldaşı Riad Məmmədov saxlanılmışdı. O və saxlanılan digər şəxslər tibbi maskaların real dəyərindən dəfələrlə artıq qiymətə satışını həyata keçirməyə cəhd edib.

Deputat Cavanşir Feyziyevə məxsus olan “Avromed Company” QSC dərman biznesi ilə məşğuldur.

635x100

Şərhlər

Abuzer 2022-09-09 16:23:14

Cox edaletsiz ve xeyirsiz Bir qurumdur

t.ədalət 2020-03-13 00:23:11

C.Feyziyevin göstərişi olmasa onlar cinayyətə girməzdilər.

Son yazılar