Menu

Basketbolçudan avtoqraf aldı, koronavirusa yoluxdu

14.03.2020, 12:18
Basketbolçudan avtoqraf aldı, koronavirusa yoluxdu

ABŞ-da ikinci sinif şagirdi Milli Basketbol Liqasında (MBA) çıxış edən “Yuta Cazz” klubunun basketbolçusu Rudi Qoberdən avtoqraf alandan sonra koronavirusa yoluxub.

Trend-in məlumatına görə, basketbolçu gənc azarkeşin təması martın 7-də “Yuta Cazz” və “Boston Seltiks” klublarının oyunundan əvvəl baş verib.

Qeyd edək ki, Rudi Qober koronavirusa yoluxan ilk MBA basketbolçusu olub.

MBA rəhbərliyi liqanın matçlarını qeyri-müəyyən müddətə dayandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol