Menu

"Bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar" - Komitə sədri

16.03.2020, 13:18
"Bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar" - Komitə sədri

“Bəzi özəl televiziyalarda şou proqramlara yenidən baxılmalıdır. Çünki bəzi aparıcılar sanki ölkənin balaca səhiyyə naziri olublar”

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qurumun iclasında deyib.

Onun sözlərinə görə, aparıcılar hansısa həkimi reklam edərək onun birnömrəli həkim olduğunu vurğulayırlar: “Guya bu həkimdən yoxdur. Yanına getsəniz, sizi sağaldacaq. Hesab edirəm ki, “Reklam haqqında” qanuna yenidən baxılmalıdır. Yaxşı həkimin reklama ehtiyacı yoxdur. Bunu edənə tənqidi yanaşmaq lazımdır”.

Şərhlər

Aqahüseyin Aqayev 2020-03-16 16:57:16

Musa müə. biz Sizinlə tanışıq. Toxunduqunuz məsələ doqrudan da cox mühüm məsələdir. Mən səhətimlə ələqadar 2-ildir QANKÖCÜRMƏ inistitunda müalicə alıram. BU yaxınd Ora yeni direktor təyin ediblər bu adam İNQİLABİ dəyişiklik edib.Dərmanlar pulsuz, xidmət pulsuz,Onu bu vəzifəyə təyin edəni buna yardımcı olanı ALLAH öz dərğahında qorusun.İndiyə qədər xəstəyə ğəlir mənbəyi kimi baxırdılar.Bütün dərmanlar xəstələrə məlum Aptek vastəsi iylə bizə satılırdı.Pul qurtaran dan sonrə xəstə ölürdü.Xaiş edirəm bu məsələni MM-qaldırın orada daha aqır cinayət tərkibi var.Eləcə Azpolitkadan xaiş edirəm bu CİNAYƏT yuvasını faktlarla ifşa etmək ücün mənimlə əlaqə qursun .Elə faktlar var ki bu işin acılması nəticəsində 100-lərlə cinayətkarlar bu xəstəxanada həbis olunacaqlar.İndidə təzə direktira maniə törədir və şantaj etmək istəyirlər.ƏLAQƏ TEL-0502135757.Rica edirəm mənimlə kantakta cıxın.

omer 2020-03-16 13:47:02

a kisi indi rekllam vaxtidir?asim muellime bax orgen

t.ədalət 2020-03-16 13:31:26

Ağıllı fikirdir.Özəl klinikalarda laboratoriyaları da ləğv etmək lazımdır.Xəstə görən kimi pul qoparmaq üçün dərhal lazımsız analizlərə məcbur edirlər.Pullu olsa da laboratoriyalar dövlət sektorunda olmalıdır.Bir tanış sidik əvəzində analizə şirin çay vermişdi.Nəticəni görəndə,hiss etdik ki,özəllər vərəqə xüsusi proqramla hazırlanmış məlumat köçürürlər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol