Üç internet provayder birləşdiyini elan edib

Bu gün, martın 18-də “Data Plus” MMC yenidən təşkil edilmə yolu ilə iki şirkətlə (“Qlobal Netvorks” MMC və “CNC.AZ” MMC) birləşdiyini elan edib. Bütün bu şirkətlər informasiya texnologiyaları sahəsində məşğuldur və internet provayderlərdir.

Şirkətlər 2007-2008-ci illərdə təsis edilib. Hazırda qeyd olunan şirkətlərin direktoru Natiq Ramiz oğlu Zeynalovdur. 

Martın əvvəlində “Data Plus” MMC-nin reyestr məlumatlarında dəyişiklər edilib. İndi şirkətin ofisi Port Baku Towers biznes mərkəzində yerləşir. Şirkətin fəaliyyətdə olan sahibkarları barədə məlumat yoxdur. /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar