"Günay Sığorta" ASC Azərbaycan Respublikasının tibbi təhlükəsizliyi naminə ölkə rəhbərliyi tərəfindən təsis edilmiş layihəyə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna100 000 manat pul köçürüb.
Koronavirusla Mübarizəyə Dəstək Fondu ölkə başçısı cənab İlham Əliyevin 19 Mart 2020-ci il tarixli Fərmanı ilə ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə yaradılıb.
Qeyd edək ki, şirkət tərəfindən 20 mart tarixində "Ailənizin sağlamlığı sizin sığortanızdır!" adlı sosial layihəsi çərçivəsində paytaxtın müxtəlif nöqtələrində insanlara qoruyucu maska, dezinfeksiyaedici məhlul və maarifləndirici materiallar paylanılıb və regionlarda da cari fəaliyyət davam etdiriləcək.


Şərhlər