ƏMƏK MÜQAVİLƏLƏRİNİN LƏĞV EDİLMƏSİNƏ MORATORİUM QOYULDU - Nazir açıqladı

Azərbaycanda yeni tip koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar yaranmış vəziyyətlə bağlı əmək müqavilələrinin ləğv edilməsinə moratorium qoyulur.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M. Cabbarov deyib ki, dövlət sektoruna bununla bağlı artıq göstəriş verilib: “inanırıq ki, özəl sektor biznes fəaliyyətini sosial məsuliyyətini qəbul edərək həyata keçirəcək və hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılmayacaq. Dövlət bir tərəfdən bu məsələni nəzarətdə saxlamaq niyyətindədir. Digər tərəfdən isə yaranmış vəziyyətin mənfi təsir etdiyi müəssisə və sahibkarlara zəruri dövlət dəstəyinin təqdim edilməsi ilə həmin yükün sahibkarla dövlət arasında bölüşməsini həyata keçiririk.

Sahibkarlara da mesajım odur ki, dövlət onların yanındadır. Dövlət onların bizneslərinin qorunub saxlanması, qısa müddətdə itirdikləri dövriyyələrini bərpa etməsinə əməli dəstək verilməsi üçün addımlar atacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart tarixli sərəncamı ilə pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılıb.

635x100

Şərhlər

Eli 2020-04-30 16:38:32

Yeqin ki hörmetli nazir birinci növbede başqalarına. nümune olmaq üçün yanvar ayında serencama gönderdiyi 22 nefer siravi vergi emekdaşlarını işle temin edecek ki başqalarına deyilecek sözün tesiri olsunÇünki bu işçilerin 90 %-i testle işe girenler ve atestasiylardan yüksek bal toplayan ve ekseriyyeti ailenin yegane gelir getirenleridir ö. möö ö. nümune olaraq yanvarın sonunda serencama gönderd

Eli 2020-04-30 16:28:27

Yeqin ki hörmetli nazir birinci növbede başqaları. ö. möö ö. nümune olaraq yanvarın sonunda serencama gönderd

Səhmdar 2020-03-26 21:16:24

Cənab Nazir, Şəki də Səhmdar Cəmiyyətlərin maliyyə fəaliyyətlərinə nəzarət sistemi olmadığından,əldə edilən gəlirin ən azı 80%-i vergiyə daxil edilmədən işbazlar tərəfindən mənimsənilir....Vergi əməkdaşları bu qanunsuzluqlara göz yumurlar...Şəki-Bazar ASC -də ildə ən azı 1(bir) milyon manat gəlir əldə edirlər... Ondan yalnız ildə 200,0 min manat vergiyə cəlb edilir,qalan 800,0 min manatı isə qeyri-gizli yolla mənimsəyirlər... Xahiş edirik Səhmdar Cəmiyyətlərin maliyyə fəaliyyətlərinə nəzarəti gücləndirin...?

Son yazılar