Menu

CƏBHƏDƏ ŞİDDƏTLİ ATIŞMA GEDİR - Bir düşmən hərbiçisi məhv edildi

24.03.2020, 12:10
CƏBHƏDƏ ŞİDDƏTLİ ATIŞMA GEDİR - Bir düşmən hərbiçisi məhv edildi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. 

Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin cəsədi qoşunların səngərləri arasındakı ərazidə qalır.

Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Şərhlər

t.ədalət 2020-03-24 19:47:42

Rusiyanın Donetsk və Luqanskdan gətirib Dağlıq Qarabağ ərazilərində məskunlaşdırdığı muzdlulardır.Yaxın Şərq regionunda istifadə üçün onlara bizim torpaqlarda təlim keçirlər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol