Menu

Axtarışda olan 5 nəfər saxlanıldı

26.03.2020, 10:40
Axtarışda olan 5 nəfər saxlanıldı

Paytaxtın polis orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 17 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, onlardan 2-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Qəsdən sağlamlığa ağır zərər vurma və quldurluq üzrə hərəyə 1, narkotiklərin qanunsuz dövriyyəsinə görə 4, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 4faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 5 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol