“GENİŞMİQYASLI EPİDEMİYA OLSA, ALTINDAN ÇIXA BİLMƏYƏCƏYİK!" - "Qorxulu məqam odur ki..."

“Bu gün Azərbaycanda ən çox sayda koronavirusa yoluxma olub və xüsusi rejimli xəstəxanalardakı xəstələrin sayı 104-ə çatıb”.

"AzPolitika" xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

“Qorxulu məqam yoluxanların sürətinin sağalanların sürətini çox üstələməsidir. Azərbaycanda indiyədək 122 nəfərdə koronavirus aşkar edilib, cəmi 15 nəfər sağalıb. İspaniyada bu dinamika var idi. Bizim də ora getməməyimiz üçün xüsusi karantin rejiminə ciddi əməl edilməlidir.

Karantin rejimi imkan verir ki, cərimələr və məcburiyyətlər tətbiq edilsin. Amma hələlik bunu etmək istəmirlər, ümid olunur ki, insanlar öz fərdi məsuliyyətlərin başa düşəcəklər. Əgər bu, ölkə daxilində genişmiqyaslı epidemiyaya səbəb olsa, bunun altından çıxa bilməyəcəyik. Ona görə bugünkü müşavirədə şəhər və rayon icra orqanlarına tapşırıldı ki, karantin rejiminin tələblərinə ciddi əməl olunsun. 

Üç gün göstərir ki, insanlar karantin rejiminə əməl etmək istəmirlər”, - deyə İbrahim Məmmədov bildirib.

635x100

Şərhlər

L.ədalətə 2020-03-29 20:22:19

Elə bilirsən cərimələr büdcəyə daxil olur?Səhvin vat.Cətrimələr mənimsənilir....

Vətəndaş 2020-03-29 12:11:31

Azərbaycanda adi insanlara tətbiq edilən cərimələr və məhdudiyyətlər kifayət qədərdir.Hələ indiyədək sadə insanların cibinə girərək yığılan cəimələr barədə məlumatlar gizli saxlanılır.Cərimələr büdcədən kənar saxlanılıb mənimsənilir.Belə yollarla ölkədə normal həyat qurmaq,epidemiyaya qarşı mübarizə doğru deyil.İnsanların həyatı nəzərə alınaraq,pullu xidmətləri (təhsil.bağça,tibbii və sair) heç olmasa müvəqqəetməlidir.t i ləğv etmək,bu durumdan çıxmaq üçün bir çox dövlətlərdə olfuğu kimi insanlara maddi yardım göstərilməlidir.Yalnız o zaman hiss olunar ki,hakimiyyət xalqın qeydinə qalmqda maraqlıdır.a

Hətəm 2020-03-28 16:12:38

Fövqaladə vəziyyət elan olunmalıdır və başqa ölkələrdə olduğu kimi insanlara maddi yardım edilməlidir. Neft fondunda deyilənə görə 40-50 milyard pul var. Millətimiz ölüm qalım vəziyyətindədir. Bu pul sonra kimə çatacaq əgər belə çətin vəziyyədtə 1 manat belə yetim yesirə kömək edilmirsə bu nə deməkdir. Talançılardan da hökumətimiz atılan milyardları zor xoş alıb milli qurtuluşumuza xərclənməlidir. Yetim yesirin maska spirt dərman çörəkl almağa belə imkanı yoxdur.

letif 2020-03-28 13:24:41

yaxsi urek direk verir

ruslan aliyev 2020-03-27 20:54:15

o ogrular indi Cenab prezidentin sesini eshidib xalqa komek etsinler.Berke bununla gunahlari yuyarlar.Xestesi olan,ishsizi olan var,fehlesi var bunlar ne etsinler?

Kamil 2020-03-27 08:10:17

Danışırsansa düzəməli danış. Tam ciddi rejimə keçmək üçün insanlara maddi yardım edilməlidir. Çünki əhalinin böyük hissəsinın gündəlik çörək puluna ehtiyacı var. Reallıq budur. Yoxsa indi şəraitdə hansı ki insan deyilən hər kəs əsasən də kasıb təbəqə yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda da heç olmasa....

t.ədalət 2020-03-26 23:52:10

Karantin rəhbərləri indiyə kimi heç nə etməyiblər.Əsas məqsəd tezliklə cərimələrin tətbiqidir.Büdcəni doldurmaq üçün inbsanların qarşılaşdığı vəziyyətdən istifadə etmək günahdır.Biz necə neft ölkəsiyik ki,adi maskalar belə əhaliyə pulla satılır?Dövlət narahat olsa vətəndaşın ala bilmədiyi qorunma ləvazimatlarını özü verər.

Son yazılar