Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,99 ABŞ dolları, yaxud 12,04% azalıb.
"Report" xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 21,85 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Şərhlər
Neft heç vaxt xalqın dərdinə məlhəm olmayıb.Ağır günümüzdə hakimiyyət müəssisə və şirkətlərdən ianə istəyir,yaxşı günümüzdə təhsiləqədər hər şeyimiz pullu olub.Daha neftin baha,ya da ucuz olmasının xalqa nə dəxli var?Kimlər üçünsə var-dsövlət,kimlər üçünsə göz dağı olan sərvətə lənət olsun!Xristianların kilsələrinədək gərə\k olan neft heç vaxt yaramıza sarğı olmadı.Yanacaq kimi onu bizə xaricdəki qiymətə satdılar.İndi ona təbii sərvət deməyə adamın dili gəlmir..