"Mənə müxtəlif dövlət qurumları fərqli rəqəmlər təqdim edib" - Prezident İlham Əliyev

"Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəlidkdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır". "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ona müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib: "Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq.

O cümlədən sahibkarlara dəstək fondu hesabına o sahələrə vəsait kredit ayıraq ki, o sahələr hələ ki, idxaldan asılıdır. Eyni zamanda bizim ixracımız və özümüzü təminetmə imkanlarımızı təhlil edərkən mütləq Azərbaycanda istehsal olunan mallara xarici kompanentinin faizini də nəzərə alınmalıdır. Çünki bəzi hallarda xarici xammal böyük paya gəlib çıxır. Ona görə də bu istiqamətlər üzrə İqtisadiyyat Nazirliyi fəal işləyir və bu işləri davam etdirir. Hesab edirəm ki, bütün bu işləri düzgün qura bilsək və mən buna şübhə etmirəm, bu çətin sınaqdan da şərəflə çıxa biləcəyik".

Prezident bank sektorunun sağlamlaşdırılması üçün görüləcək tədbirləri açıqlayıb:"Bank sektorunun sağlamlaşdırılması istiqamətində bütövlükdə ilin əvvəlindən addımlar atılır və bu məsələ ilə bağlı bir neçə müşavirə də keçirilmişdir.

Hesab edirəm ki, pandemiya hətta əlaqəsi olmayan sahələrdə də islahatları dərinləşdirməlidir və bunu biz təmin edəcəyik. Bank sektorunun sağlamlaşdırılması və real iqtisadiyyatı maliyyələşdirilməsi istiqamətində əlavə tədbirlər görüləcək. Və kredit zəmanət təklifi də hesab edirəm ki, çox vaxtında verilmiş təklifdir. Biz bunu mütləq nəzərə alacağıq", deyə dövlət başçısı vurğulayıb.

635x100

Şərhlər

Azərbaycanlı 2020-03-31 19:38:03

Dövlət orqanları bisavad çoxdur...

Vətəndaş 2020-03-31 18:32:52

Cənab Prezident, Şəkidə Apteklərdə Spirt və Maskalar tapılmır ?

Son yazılar