MİLLİ STATİSTİKAMIZ “KORONAVİRUS İMTAHANINDAN” “KƏSİLDİ” - Strateji statistik məruzə DSK sədrinə deyil, Mikayıl Cabbarova tapşırılır

Artıq neçə illərdir ki, müstəqil ekspertlər, iqtisadçılar və müxtəlif sahələr üzrə mütəxəssislər bildirirlər ki, Azərbaycanın rəsmi statistika qurumunun təqdim etdiyi hesabat və göstəricilər əsas etibarilə reallığı əks etdirmir. Onların fikrincə, milli statistikamız bəzən ölkə rəhbərliyinə xoş gəlmək üçün, bəzən də digər fərqli səbəblərdən bir çox rəqəmləri reallıqla müqayisədə ya şişirdir, ya da çox kiçik göstərir...

"Çalışmalıyıq ki, daxili təlabatı maksimum dərəcədə yerli istehsalla təmin edək. Özümüzü təminetmə əmsalına gəlidkdə, bu sahədə daha dəqiq statistika aparılmalıdır". Bunu Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ona müxtəlif dövlət qurumlarından fərqli rəqəmlər təqdim edilib: "Ona görə bunu da sizə tapşırıram ki, siz təhlil edin bütün dövlət qurumlarının rəqəmlərini və real vəziyyəti mənə məruzə edin ki, bizim özümüzü təminetmə əmsalı əsas istehlak malları üzrə nədən ibarətdir ki, biz daha dəqiq öz siyasətimizi proqnozlaşdıraq...”

Bundan əvvəl isə Mikayıl Cabbarovun özü "Vergi siyasəti və şəffaflq" konfransında çıxış edərkən bildirmişdi ki, Dövlət Statistika Komitəsinin (DSK) pərakəndə ticarət dövriyyəsinə dair rəqəmlərilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə(!) qədər fərq mövcuddur. Bu, təkcə dövlət rəsmilərinin milli statistikamızın fəaliyyətinə dair fikirlərinin bir qismidir. O da məlumdur ki, müstəqil müşahidəçilərin, həmçinin beynəlxalq təşkilatların Azərbaycanın rəsmi statistika qurumunun mötəbərliliyinə inam səviyyəsi arzu olunanın çox-çox altındadır.

Təəssüf ki, artıq rəsmi statistikamızın heç də həsəd aparılmayacaq bu durumu sadəcə “baş aldatmaq”, “gözə kül üfürmək” kimi “missiyaları” aşaraq, dövlətə, hökumətə və ümumilikdə ölkəyə problem yaratmaqdadır.

Məlum pandemiyanın bütün dünyanı bürüdüyü və ölkəmizdə də hökumətin bu bəlanın qarşısını almağa çabalar göstərdiyi belə bir həssas dönəmdə rəsmi statistika qurumumuz nə hökumətin, nə də ölkə başçısının istinad edə biləcəyi mötəbər mənbə rolunu oynaya bilmir. 

Əgər ölkə başçısı “bu sahədə daha dəqiq statistika aparılmalıdır” deyir və bu işi DSK sədri Tahir Budaqova deyil, İqtisasdiyyat naziri Mikayıl Cabbarova tapşırırsa, deməli nəinki müstəqil ekspertlər, beynəlxalq qurumlar, yaxud ölkə əhalisi, həm də prezidentin özü rəsmi statistika qurumuna tam etimad göstərmir.

Doğrudan da bu gün əhalinin məşğulluq səviyyəsindən tutmuş işsizlik, yoxsulluq səviyyəsinə, eləcə də ölkə başçısının barəsində danışdığı özümüzü təminetmə əmsalına qədər bir çox göstəricilər üzrə ortaya qoyulan rəsmi rəqəmlərlə reallıq arasında böyük uçurum var. Və bu çatışmazlıq hazırkı fors-major situasiyada operativ və dəqiq qərarlar verilməsinə, dövlətin nəzərdə tutduğu iqtisadi, sosial yardım paketinin doğru ünvanlara çatdırılmasına, eləcə də strateji ehtiyatların, biznes sahəsində dayanıqlığın və s. yaradılmasına ciddi əngəllər törədir, prosesi yubadır.

Bu gün çoxları ABŞ-ın, Almaniyanın və digər ölkələrin əhaliyə, iş dünyasına göstərdiyi dəstəyin necə dəqiqliklə hesablanması və ünvanına çatdırılması, bu mexanizmin necə mükəmməl işləməsini heyranlıqla anlatmaqdadırlar. Bəs buna nəyin hesabına nail olunur – təbii ki, obyektiv və dəqiq statistik göstəricilər hesabına. Yəni o şeyin hesabına ki, bizdə yoxdur...

Axı, bizim ölkədə yoxsulluğun 5 faizin altında olduğunu, ölkənin 5 milyona yaxın əmək qabiliyyətli əhalisininsə cəmi 200 mindən bir qədər çoxunun işsiz olduğunu iddia edən bir statistika qurumuna necə inanmaq olar? Bu rəqəmlər haradan və hansı hesablama üsulu ilə əldə olunur?

DSK-nın bu rəqəmləri hansı “hesablama metodu” ilə əldə etdiyinə dair təkcə bir faktı qeyd etmək kifayətdir: milli statistikamız mülkiyyətində torpaq payı olanları işsizlər siyahısına salmır.

Rəsmi statistikaya görə, Azərbaycanda iqtisadi fəal əhali 5 milyondur. Onların 4 milyon 700 mindən çoxu məşğul əhali sayılır. Azərbaycanda Bakını çıxmaqla məşğul əhalinin 3 milyondan çoxu məhz bölgələrdə yaşayır. Elə ən böyük işsizlik də bölgələrdədir. Ancaq həmin əhalinin böyük qisminin adına torpaq payı olduğu üçün onlar işsiz sayılmır. Reallıqda isə bu adamlar işsizdirlər...

Təəssüf ki, məhz bu cür “hesablama metodları” digər istiqamətlərdə də, xüsusilə sosial-iqtisadi sahədə çox geniş tətbiq olunur. Və məhz bunun nəticəsidir ki, bu gün nə ölkə başçısı, nə də hökumət operativ və obyektiv statistik rəqəmlərlə təmin olunmayıb. 

Yaxşı, bəs belə olan halda, büdcədən samballı pay alan, böyük idarəçilik aparatına və yerli şöbələrə malik olan bir rəsmi qurum dövlətin, hökumətin, hətta xalqın sınağa çəkildiyi bir dönəmdə də “kara çatmırsa”, nə zaman çatacaq və o, kimə lazımdır?

Cəlal Məmmədov

AzPolitika.info       

635x100

Şərhlər

Mehdi 2020-04-25 21:54:42

Statistikaya iradları qəbul etmək olar, statistika işinin təşkilinə yanaşma ilə ra

Ədalətə cavab 2020-04-07 12:42:19

Sizin də Cabbarova sualınız buna bənzəyir.AyƏdalət Cabbarov ,hansı təcrübə ilə bu suala cavab verə billər? Adam ın adamı var.qoyurlar yerdən-yerə....

Ədalət 2020-04-03 16:07:04

Cənab Prezident Mikayıl Cabbarova göstəriş verdi ki,bu həftə ziyan dəyən sahələrin muzdlu işçilərinə əmək haqqları ödənilsin.Hec bir ödəniş aparmadı Cabbarov cənablarl..İndi nə olacaq? Statiskanı düzəldəcək?

Xalid 2020-04-02 18:16:40

İndiki hakimiyyətin üç-beş ən bacarıqlı, keyfiyyətli, vicdanlı kadrlarından biri elə Tahir Buidaqovdur. Çünki Ulu öndər Heydər Əliyevin kadrıdır. İndiki qaquliklərin tayı deyil. Sadəcə, adam neynəsin; deyirlər ki, statistika analoqu olmayan inkişafı məhz bu rəqəmlərlə göstərməlidir. "Ağa deyir sür dərəyə, sür dərəyə!". "Burcutmağın" yeridirmi? Yoxsa ki, səhər-axşam vəz elədiklərinin hansı düzdür ki?!

AzSovetStatı 2020-04-02 16:27:47

Hər şəhər tənəyinə bir ton üzüm, kənd ailəsindən həftəyə on yumurta yazırmış?

Ömer bey, Falş-Reytinq 2020-04-02 16:18:27

Cəlali bəy, Statistikanın almadığı rəqəmləri göstərmə imkanı yoxdur!

Rovshen 2020-04-02 16:14:33

Prezidentimize allah komek olsun. Bir cox memurun yerine hem ish gorur hemde fikirleshir.

Əski Sovetizm 2020-04-02 16:09:22

Qüsurları bir-iki təşkilata, vətəndaşa silib, səbələri gizlətmə?

Raufa 2020-04-02 14:13:03

Təriflənəcək qurum Azərbaycanda varmı ki? Hamısı 30-60 ildir iflasa u]radılıb. Misal: Təhsil,vergi,gömrük,statistika (sənə hans rəqəm lazımdır prinsipi) və bunun kimi səhiyyə,bank sistemi ( a kişi dövlət bankı insanlara xidmət edimir.hamını məcburi kommersiya banklarına yönəldiblər ki,orada 18-35 faizlə millətin belini qırırlar.i təd

Qoca Molla 2020-04-02 12:35:38

Siz #SOSIALPAKET den daniashin. Her kes oz adini operativ suretde internetde hansaisa saytda gore bilecekmi?

Teymur 2020-04-02 09:22:16

"Hörmətli" Cəlal Məmmədov. bilmirem sizin peşəniz nədir? amma, onu deyə bilərəm ki, ən azından jurnalistsinizsə gərək, dövlətin qanunlarından xəbəriniz olsun. Statistika komitəsi qanun yazan orqan yox, icra edən orqandır. Məşğulluq haqqında qanunun 4.1.3 bəndini gözdən keçirsəniz və ən azı statistika elmindən 10% anlayışınız olsaydı fikirləriniz 180 dərəcə dəyişərdi. təklif edirəm ki, göz yaddaşınızı işlədəndə ara bir beyin yaddaşınızı da işlədəsiniz.

Nadir 2020-04-02 07:50:29

Statisika Komitesinin ne maragi var ki qeyri deqiq melumat versin ? Hal hazirda bu veziyyetde bütün karantinə alınanlar test edilir ? Əgər edilmirsə-o zaman demək real rəqəmələr də bilinmir..Dövlətin bir strategiyasi var-ona uygun da statistik məlumat verilir..Və bu o demekdir ki-eyni zamanda bir sahə ücün real rəqəmlər lazim ola bilər-başqa sahə ücün isə lazim deyil..Statistika komitəsini burda gunahkar bilmək-birtərəfli yanaşmaqdir

Köhnə azərbaycanlı 2020-04-02 02:40:44

Tebrik edirem axır ki inkişafın qarşısını alan səbəbkarı tapdınız. Lakin bir şeyi nəzərə almırsınız ki bataqlıqda gül bitmir. Yəni stastika da o biri sahələrimizin günündədir "YALAN...YALAN...YALAN..."

sual 2020-04-01 23:54:46

Şəxən mənə bir məqam aydın olmadı....tutaq ki, ölkə iqtisadiyyatında özünü təmin etmə əmsalı bu vaxta qədər 0,4 səviyyəsində müəyyənləşib, hesablamalar dəqiqləşdirildikdən sonra müəyyənləşdi ki, bu əmsalın səviyyəsi 0,2-dir, bəs sonra??? Məgər ölkə iqtisadiyyatındakı vəziyyəti ən yaxşı İqtisadiyyat nazirliyi bilməməlidir???.....bu vaxta qədər ölkə iqtisadiyyatının inkişaf siyasətini hazırlayanlardan biri də bu nazirlik deyildi??? Nazirlik bu əmsalın heablanmasını dəqiqləşdirdikdən sonra bu əmsalla nə edəcək ki, yəni ona müvafiq iqtisadi siyasətdə hansı dəyişiklikləri, tədbirləri müəyyənləşdirəcək, yaxud müəyyənləşdirə bilər (əgər bu vaxta qədər ölkə iqtisadiyyatının tənzimlənməsi qeyri-dəqiq statistika əsasında mümkün olubsa)??? ....

Abdulla 2020-04-01 19:24:36

Azərbaycan xalqı belə məmurlər yazıq günə salınıb.Allah bu nillətə sahib çıxar.İnşaalah!

Orta statistik vətəndaş 2020-04-01 18:58:03

Mən koronavirusdan qorxmuram, daha dəhşətli məmue viruslardan qorxuram!

Rauf 2020-04-01 17:25:59

Statistika, gömrük, maliyyə, əmlak İqtisadiyyat nazirliyinin bölmələri kimi fəaliyyət göstərə bilər, bir çox ölkədə nümunəsi var

omer 2020-04-01 16:39:25

statistika hemise lazim olani deyib..indi bes ne sehv elediler.?o statistika tek birce bizdediki evleri gezmemis ehalinin deqiq sayini dedi..ve yaxud orta ayliq emek haqqinin artmasini hokumete lazim olan seviyyede dedi..bes indi ne oldu?bele qurumlar musteqil olmasa olke inkisaf ede bilmez

Son yazılar