Menu

"TİBBİ MASKA QITLIĞI VAR" - Hökumət

03.04.2020, 22:08
"TİBBİ MASKA QITLIĞI VAR" - Hökumət

“Tibbi maskalarla bağlı qıtlıq var. Təbii ki, maska yoxdur demək də doğru deyil. Amma qıtlıq var”.

“Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov “Real” TV-nin efirində deyib.

“Ola bilər ki, insanlar maska axtarırlar, amma tapa bilmirlər – bu da bir faktdır. Sadəcə olaraq, maska qıtlığı bütün dünyada belədir.

İqtisadiyyatın bir qanunu var: hər hansı bir əmtəəyə tələbat gözlənilmədən yüz və minlərlə dəfə artırsa, həmin məhsulun tapılmasında qıtlıq müşahidə olunur. Ona görə də koronavirus gözlənilmədən və planlaşdırılmayan bir bəladır. Bəla da heç vaxt xəbərdarlıq edib, qapını döyərək gəlmir”, - deyə İ.Məmmədov vurğulayıb.

Şərhlər

Mustafaoğlu 2020-04-03 23:15:06

Şəkidə Apteklərdə Maska yoxdur , ancaq "Zəfəran" aptekində kağız üzərində "Maskanın qiyməti 30 qəpikdir" lövhəsi vurulubdur. Maska olmayan bir aptekdə maskanın qiymətinin qeyd olunması nə məqsəd daşıyır ???

Azar 2020-04-03 22:38:03

Cox gulmali izahdir.Hokumat rasmisi ucun isa umumiyyatla utancdir.Taassuf

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol