VÜQAR SƏFƏRLİ İŞDƏN ÇIXARILDI - Prezident KİVDF-yə yeni icraçı direktor təyin etdi

 Prezident İlham Əliyev Vüqar Səfərlinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Vüqar Müzəffər oğlu Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib.

Məlumata görə, Əhməd İsmayılov bundan əvvəl Dövlət Dəniz Administrasiyası aparatının rəhbəri vəzifəsində çalışıb və qısa müddət öncə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müavini vəzifəsinə təyinat alıb.

635x100

Şərhlər

Fazil 2020-04-06 12:57:56

Birinci Azərbaycanlıya bənzəmir,ikinci isə kiməsə arxayındır. ....

Aeaz 2020-04-05 15:19:32

....Belələri onsuz da Azərbaycanda çoxdur..

Türk 2020-04-05 09:27:10

Ermənistanlıdır

Zahid 2020-04-04 22:51:40

Təbrik edirik Nəhayət islahatlar KiVDF yə də çatdı .Gözümüz aydın jurnalistlər.Çox.sağ olun cənab prezidentimiz

t.ədalət 2020-04-04 18:37:55

Amma Vüqar lazımi qədər pul topladı..

Son yazılar