Menu

Azərbaycan İslam Partiyasının funksioneri əfv edildi

06.04.2020, 17:02
Azərbaycan İslam Partiyasının funksioneri əfv edildi

Azərbaycan İslam Partiyasının funksioneri Fəraməz Abbasov əfv edilib.

Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda F.Abbasovun da adı var.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü Abbasov Fəramiz Zeynal oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.

O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 29, 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddələri ilə təqsilrli bilinib. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol