Ermənistanda 6 polis əməkdaşı koronavirusa yoluxub

Ermənistanda 6 polis əməkdaşı koronavirusa yoluxub.

APA-nın "armenpress"ə istinadla verdiyi xəbərə görə, bu barədə Ermənistan Polis Rəisinin müavini Hayk Miqryan mətbuat konfransında deyib.

“Hazırda bizim koronovirusa yoluxmuş 6 polis əməkdaşımız var, 11 əməkdaşımız isə karantindədir”, - deyə o, bildirib.

Qeyd edək ki, Ermənistanda bu günədək 833 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib, 62 nəfər isə sağalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar