Menu

"Qırmızı kitab"a düşən quşu ovlayan şəxs saxlanılıb

07.04.2020, 16:22
"Qırmızı kitab"a düşən quşu ovlayan şəxs saxlanılıb

Qızılagac Milli Parkının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları tərəfindən brokonyerliyə qarşı mübarizə məqsədilə keçirilən reyd zamanı milli parkın su ərazisində icazəsiz quş ovlayan şəxs saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, taxta qayıqla ov edən Masallı rayon sakini Çingiz Əmiraslanovdan ov tüfəngi, ovlanmış qaşqaldaq, ördək və adı "Qırmızı kitab"a düşmüş soltan toyuğu götürülüb.

Faktla bağlı akt tərtib olunub, təbiətə 1039 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır.

Şərhlər

t.ədalət 2020-04-07 22:51:54

Keçən il yayda Nabran sahilləri ölü balıqla dolu idi.Bu barədə Ekologiya nazirliyi ağzına su alıb susdu.Çünki dəniz faunasının məhvinə səbəb Rusiyanın Xəzər dənizində keçirdiyi təlimlər və bu təlimlər zamanı dəniz suyuna qarışan reaktiv maddələr idi.İndi bir Azərbaycan vətəndaşı hansısa quşa "daş atıb" deyə onu tez yaxalayırlar.Dəniz sahilində yaşayan adam quşa da,balığa da daş atar,tutar,yeyər.Dənizin sərvətlərini oğurlayanlara ,dənizi çirkaba bulayanlara heç nə deyilmədiyi halda,sadə bir kənd uşağını bu qədər cərimələmək,Vallah,insafa sığmır..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol