DÜNYADA 3,3 MİLYARD İŞ YERİNİN 81 FAİZİ BAĞLANIB – 195 milyon insan işini itirəcək

COVID-19 pandemiyası bütün dünyada iş saatlarına və qazanclara katastrofik təsir göstərir. Beynəlxalq Əmək Təşkilatı (ILO) yeni hesabatında koronovirusdan ən çox əziyyət çəkən sektorlara və regionlara işıq salır, böhranın təsirini azaldacaq siyasətin vacibliyini vurğulayır.

Bu ilin ikinci rübündə COVID-19 böhranının dünyada iş saatlarının 6,7 faizinin “axırına çıxacağı” bildirilir. Bu, 195 milyon nəfər tam ştatlı işçi deməkdir.

Ən böyük ixtisarlar ərəb ölkələrində (8,1 faiz, 5 milyon tam ştatlı işçi), Avropada (7,8 faiz, 12 milyon tam ştatlı işçi) və Asiya və Sakit okean regionunda (7,2 faiz, 125 milyon tamştatlı işçi) baş verəcək.

Bundan başqa, fərqli gəlir qruplarında böyük itkilər qaçılmazdır. Bu, özəlliklə, yüksək-orta gəlirli ölkələrə (7 faiz, 100 milyon tam ştatlı işçi) xas olacaq və 2008-9-cu illərin maliyyə böhranının nəticələrini belə aşır.

Qurum mənzil vəərzaq xidmətlərinin, sənaye, pərakəndə satış, biznes və administrativ fəaliyyətin ən böyük riskə məruz qaldığını bildirir. Bu il ərzində qlobal işsizlikdə artım gələcək inkişafdan və siyasi tədbirlərdə də asılı olacaq. İlsonuna rəqəmin BƏT-in ilkin proqnozundan, yəni 25 milyondan qat-qat artıq olacağı riski böyükdür.

Hazırda dünyadakı 3,3 milyardlıq işçi qüvvəsinin 81 faizi, başqa sözlə, hər beş nəfərdən dördü iş yerinin tam, yaxud qismən bağlanması iləüzləşib.

Hesabatda COVID-19 2-ci Dünya Müharibəsindən bəri ən pis qlobal böhran kimi təsvir olunur.

Yeni araşdırmaya görə, 1,25 milyard işçi işdən çıxarılma, yaxud maaş və iş saatlarının kəsilməsində böyük vədağıdıcı artım riski olan sektorlarda çalışır.Onların çoxu da azmaaşlı, az təcrübə tələb edən işlərdir ki, bu halda gəlirin kəskin azalması dağıdıcı təsirə malik olur.

“Riskli” sektorlarda çalışanların payı isə Amerikalarda 43, Afrikada 26 faizdir. Hesabatda xəbərdarlıq olunur ki, qeyri-rəsmi iş yerlərinin üstünlük təşkil etdiyi Afrikada eyni zamanda sosial müdafiə yoxdur, əhalinin sıxlığı yüksəkdir, bacarıqları azdır, bütün bunlar hökumətin qarşısında ciddi səhiyyə və iqtisadi problemlər yaranır.

Ümumilikdə isə dünyada 2 milyard adamın qeyri-rəsmi sektorda çalışdığı bildirilir, onlar əsasən yaranmaqda və inkişaf etməkdə olan iqtisadiyyatlardadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar