Milli Məclisin sabah – aprelin 9-da keçiriləcək növbəti plenar iclasında bəzi deputatlar iştirak etməyəcək.
“Report”un əldə etdiyi məlumata görə, parlamentin sabahkı iclasına yaşı 65-dən yuxarı olan deputatlar qatılmayacaq.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Report”a bildirib ki, yaşı 65-dən yuxarı deputatlar Azərbaycanda tətbiq olunan karantin rejiminin tələblərinə əməl edəcək:
“Bu baxımdan mən və yaşı 65-dən çox olan digər həmkarlarım sabahkı iclasda iştirak etməyəcəyik”.


Şərhlər
Yaşı 65 və yuxarı olanların gərəksizliyini təbiət də diqtə edir.Qalan ömrünü özü üçün yaşamalı olan bu adamlarla heç nəyə nail olmaq mümkün deyil.Bu yaşda deputat olmaqla həcc ziyarətinə gedib qayıtdıqdan sonra andını itirib siyasətlə məşğul olmaq qədər günahdır.Buyruq mükafatlarına (xalq artisti,xalq şairi və əməkdar) uyub hər cür xidmətə boyun əydikləri bəs deyilmi?