"BU MƏLUMATI AÇIQLASAQ, ƏHALİ ORA AXIN EDƏR..." - TƏBİB-in sədri nəyi gizli saxlayır?

Azərbaycanda koronavirusa yoluxma sürətlə artır və bu gün ölkə üzrə daha 105 yeni yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə bildirilib ki, tətbiq edilmiş karantin tədbirlərinə əməl edilməsə virusun daha sürətlə yayılması qaçılmaz olacaq, ona görə də əhali karantin rejiminə riayət etməlidir.

Lakin əvvəlki günlərdə olduğu kimi bu gün də yeni yoluxma hallarının hansı rayon və şəhərlərdə qeydə alındığı açıqlanmayıb. İndiyədək Operativ Qərargah cəmi bir dəfə-bir neçə gün əvvəl virusun yayılma coğrafiyasını ictimailəşdirib və məlum olub ki, ölkənin əksər şəhər və rayonlarında yoluxma halları var.

Qeyd edək ki, əksər ölkələr virusun yayılma coğrafiyasını, yoluxma hallarının sayını bölgələr üzrə açıqlayır, interaktiv xəritələr təqdim edilir. Azərbaycanda isə bu məlumatın qapalı saxlanılması müşahidələrə görə, insanların karantin rejiminə əməl etməməsinin başlıca səbəblərindən biri ola bilər. 

Belə ki, hələ də virusun haradasa ondan çox uzaqlarda dolaşdığını düşünüb sosial məsafə və karantin rejimi tələbələrinə laqyed yanaşanlar var. Hərçənd ola bilsin ki, virus bu cür məsuliyyətsiz adamların elə lap həndəvərindədir. Yoluxanlar onunla bir binada, məhəllədə yaşayır.

TƏBİB-in (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”) İdarə Heyətinin sədri Ramin Bayramlı bu günkü brifinqdə virtualaz.org-un bu nüansla bağlı sualını cavablandırıb. R.Bayramlı bildirib ki, hazırda Naxçıvan da daxil olmaqla Azərbaycanın bütün şəhər və rayonlarında koronavirusa yoluxma faktı qeydə alınıb. Amma rayonlar və kəndlər üzrə ayrıca statistikanın açıqlanmasına ehtiyac yoxdur.

Bayramlının sözlərinə görə, İtaliya təcrübəsi də göstərib ki, virusun hansı bölgədə olduğunu açıqlamaq yanlışdır. Əhali karantin rejiminə baxmayaraq virusun qeydə alınmadığı kəndlərə axın edə bilər. Yəni miqrasiya məsələsinə görə buna ehtiyac duyulmur. (Əgər ölkədə sərt karantin rejimi tətbiq edilibsə əhali necə kütləvi bir rayondan digərinə axın edə bilər, TƏBİB rəhbəri bunu əsaslandırmayıb,-red.)

“Bakı da daxil olmaqla ucqar kəndə qədər virus qeydə alınıb. Virusun yayılma coğrafiyasının açıqlanmamasının başqa səbəbi yoxdur. Hazırki vəziyyətdə əhalinin ən böyük məsuliyyəti evdə qalmaqdır. Bu gün Bakı şəhəri ən çox yoluxan yerdir. Bunu açıqlayırıq, amma yenə də məsuliyyətsiz davrananlar var”,- Bayramlı deyib.

Onun sözlərinə görə, 751 aktiv xəstə var. Martın 27-dən “Yeni klinika”ya yeni tip koronavirusa yoluxan ağır xəstələrin yerləşdirilməsinə başlanılıb. Hazırda ölkə üzrə koronavirusa yoluxan aktiv xəstələrdən 37-nin durumu ağırdır. Həmin xəstələrin 20-dən çoxu “Yeni klinika”da müalicə alır.

Qeyd edək ki, aprelin 3-də açıqlanan məlumata görə, infeksiya daşıyıcılarının 40,2 faizi Bakıda qeydə alınıb. Cəmi 5 gün ərzində virus bütün bölgələrə yayılıb. 

635x100

Şərhlər

Aqahüseyin Aqayev 2020-04-09 10:06:10

Apteklərin idarə edilməsi TƏBİBƏ tapşırılsa burada qayda yaranacaq.Əks halda QANKÖCÜRMƏ İNİSTİTUNDAKI vəziyyət burada höküm sürəcək.Bu İnistut TƏBİBƏ veriləndən sonra xəstələri İNƏK kimi saqanlar uzaqlaşdırılıb.Qan analizi 40-90-azn idi butun dərmanlar-qan və diğər ləvazimat xəstələrə pulla satılırdı. İndi yeni DİREKTOR təyin ediləndən sonra bizi İNƏK kimi saqanların bazarı baqlanıb.Hənim və diğər işcilərin sayı 100-faiz artırılmasına baxmayaraq hələ də köhnələrin icində düzəlməyən dələduzlar var.TƏBİBİN Rəhbəri Ramin müə. təşəkkür edirəm öz və diğər xəstələr adından yeni direktoru belə qabliyətlivə xəstələrin qayqısına qalan bir ZİYALINI bu xəstəxanaya DİREKTOR TƏYİN ETDİYİ ÜCÜN.Onu dadeyim ki,bütün dərman,spirt,bint,pambıq,HƏr şey yaxınlıqdakı bir APTEK vastəsi iylə bizə satılırdı.HƏTTA adi kəpənəyi başqa yerdən almaqa qoymurdular o aptekdən biri 70-qəp bizi sırıyırdılar.Kimin pulu qutarırdı o da ölürde.ATAPLENNİ ,İSTİ SU Verilmir .Əmələ ğələn İŞIQA,SUYA,QAZA sərfiyatdan ekanomiyanı o idarələrlə bölüşürdilər.Mən bu barədə dəfələrlə yazmaqıma baxmayaraq nə Hüquq mühafizə orqanları nədə diğər aidiyatı üzrə SƏHİYYƏ nazirliyi susur .KİMİN ƏLİ QIZIŞIR BİLMİRƏM ONU BİLİRƏM VƏ SÜBUT EDƏRƏM Kİ,BU Xəstəxanada DÖVLƏTİN BÜCCƏ VƏSATİNİ BİR QURUP HAQİSLƏR ZƏLİ KİMİ SORUBLAR.Hətta xəstələrin də qanını iciblər.TƏDBİR ĞÖRÜLMƏSİNİ TƏLƏB EDİRƏM.

Adil 2020-04-09 07:39:44

Sehiyye nazirliyni leqv edib , Tebib nazirliyi yararmaq lazim ) onsuzda nazirlik nazirsizdi , adam qeyb olub

Elli 2020-04-08 23:54:46

Allah bizim xalqımızı koronavirus soyqırımından qurtar!

Son yazılar