Azərbaycanda yeni medal təsis edilir.
“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında II oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq.
Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra II oxunuşda qəbul edilib.


Şərhlər
Belə çıxır ki,biz hələ də bizi qətl edən,işğalçı rus ordusunun təbliğatı ilə məşğuluq.Azərbaycanın müstəqilliyini qanlı terror hesabına parçalayan,on minlərlə vətəndaşımızı məhv edən,qətliamın bu gün də davam etdiyi bir vaxtda rus ordusunun süngüsünə ehtiram göstərmək....