Japan Tobacco International (JTI) şirkəti ölkədə COVID-19 virusuna qarşı səyləri dəstəkləmək məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80,000 manat ianə köçürüb. Bu barədə “Azpolitika.info”-ya “Cey Ti Ay Kaukasus” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən bildiriblər.
Nümayəndəlikdən verilən məlumata görə, pandemiya şəraitində JTI şirkəti Azərbaycanda Korporativ Sosial Məsuliyyət layihələrini də davam etdirir. Şirkət Milli QHT Forumu vasitəsilə su təminatı layihələri, “Damla” aztəminatlı ailələrə yardım ictimai birliyinin dəstəyi ilə isə aztəminatlı ailələrə aylıq ərzaq yardımı proqramı həyata keçirir. Qeyd olunur ki, 2014-cü ildən bəri həyata keçirilən 12 su təchizatı layihəsi nəticəsində 50,000-ə qədər vətəndaş təmiz içməli su il təmin edilib. Ərzaq proqramı çərçivəsində isə hər ay 200-ə yaxın ahıl və tənha insan, əlilliyi olan şəxs əsasən evlərinə çatdırılmaqla ərzaq yardımı alır.


Şərhlər