“COVİD-19” RUSİYA İQTİSADİYYATINI NECƏ VURACAQ? – Fəlakət ssenariləri

Koronavirus infeksiyasının yayılması sürətləndikcə bütün ölkələr ictimai hərəkətlənməni sərt şəkildə məhdudlaşdırır. Və nəticədə iş yerlərinin əksəriyyəti qapanır. Düzdür, bunun müvəqqəti tədbir olduğu söylənilsə də, lakin karantin dövrünün nə zaman bitəcəyi hələ bəlli deyil.

Pandemiyanın başlarında müəyyən mənada rahat və arxayın davranan Rusiya, deyəsən vəziyyətin bu dərəcədə kəskinləşəcəyini gözləmirdi. Hazırda Rusiyada yoluxma Avropdakı kimi geniş yayılmasa da, infeksiyanın episentrinin paytaxt Moskva olması Kremli xeyli narahat edir. Ancaq belə görünür ki, zahirdə biruzə verməslər də, hakimiyyət yetkililərini başqa bir məqam - bu il ölkə iqtisadiyyatının tənəzzüllə uğrayacağı daha çox həyəcanlandırır.

Gələcəkdə vəziyyətin hansı istiqamətdə gedəcəyi ilə əlaqədar analitiklər müxtəlif ssenarilər proqnozlaşdırırlar. Rusiyanın “RBK” biznes saytı tanınmış beynəlxalq konsaltinq şirkətlərinin iqtisadi dəyərləndirmələrinə yer ayırıb. Saytın ”COVİD-19-un Rusiya iqtisadiyyatına təsiri” başlıqlı məqaləsində deyilir: “Virusun qarşısının alınması”nın baza ssenarisinə görə, iqtisadiyyat geriləyəndən sonra böhrandan öncəki (2019-cu ilin axırı) səviyyəyə 2021-ci ilin ortasında qayıdacaq.

Mərkəzi ofisi Nyu-Yorkda yerləşən “McKincey & Company” beynəlxalq konsaltinq şirkəti Rusiya üzrə gələcək iqtisadi proqnozunu baza ssenarisi və naqativ ssenari üzrə hazırlayıb. Neqativ ssenariyə uyğun olaraq, böhrandan öncəki vəziyyətə qayıdış daha uzun - 2023-cü ilin ortasına kimi sürəcək. “McKinsey & Company” şirkəti bu proqnozu hələ 31 mart tarixində vermişdi. Həmin proqnoz veriləndən sonra prezident Vladimir Putin qeyri-iş günü rejimini aprelin sonuna kimi uzadıb. Digər yandan isə, hökumət büdcədəki pulun 1,4 trilyon rublunu koronavirusun törətdiyi fəsadlarla mübarizəyə qoyacaq (ÜDM-in 1,3%).

“McKincey & Company”-nin nümayəndəsi “RBK” kanalına deyib ki, neftin qiymətinin düşməsi tam həcmdə olmasa da, proqnozda nəzərə alınıb və burada “Oxford Economics” şirkətinin modelindən istifadə olunub.

- İşsizlik artacaq, gəlirlər düşəcək

“McKincey & Company”-nin baza proqnoz dəyərləndirməsinə görə, əgər Rusiya tətbiq olunan karantin məhdudiyyətinin köməyilə infeksiyanın yayılmasını ikinci rübün axırına kimi dayandıra bilərsə və iqtisadiyyatın dirçəldilməsi iyulda başlayarsa, onda ilin sonunda Ümumi Daxili Məhsul 3,8% azalacaq. Şirkətin pessimist ssenarisinə uyğun olaraq, koronavirusun yayılmasını cilovlamaq alınmayacaq, dünya iqtisadiyyatı uzun sürən tənəzzülə qərq olacaq. 2020-ci ilin yekunlarına əsasən dünyanın Ümumi Daxili Məhsulu 5,7 faiz aşağı düşəcək. Belə bir vəziyyətdə Rusiya iqtisadiyyatı 2020-ci ildə təxminən 10% geriləyəcək. Hər iki ssenaridə tənəzzül əsas etibarıyla istehlak tələbində və investisiya səhəsində gözlənilir.

“McKincey & Company”-nin baza ssenarisinə əsasən Rusiyanın 2020-ci ildəki istehlak gücü 4,9 trilyon rubl (2016-cı ilin qiymətləriylə), pessismist variantda 10,5 trilyon rubl geriləyəcək. İnvestisiya qoyuluşunun geriləməsi isə, 2,1-3,9 trilyon rubl aşağı düşəcək. İstehsal sahəsinin, pərakəndə ticarət müəssisələrinin və xidmət sferasının bir hissəsinin bağlanması işsizliyin artmasına gətirib çıxaracaq. Bütün bunlar virusun yayılmasına nəzarət edilməsində qısamüddətli xarakter daşıyacaq.

Lakin “McKinsey & Company” xəbərdar edir ki, epidemiyanın təkrarlanması və karantin tədbirlərinin uzadılması təqdirində işsizlik səviyyəsi orta statistik perspektivdə 8%-dən yuxarı həddə qalxa bilər. İşsizliyin böyüməsi əhalinin real gəlirlərinin aşağı düşməsinə səbəb olacaq. Bu isə öz növbəsində istehalk tələbini daraldacaq.

Sözsüz ki, ”McKincey & Company” şirkətiylə yanaşı Rusiya Ümumi Daxili Məhsulunun aşağı düşəcəyini proqnozlaşdıran digər qruplar da var. Belə ki, Almaniyanın “Scope Ratings” reytinq agentliyinin analizində üç ssenari yer alır - baza senarisi, stress ssenarisi və ən pis ssenari. Həmin ssenarilərə müvafiq olaraq Rusiya ÜDM-nin düşüşü 3,3%, 8,8% və ya 11,3 % təşkil edəcək.

Bütün hesablamalarla yanaşı “Scope Ratings” öz proqnozunda neftin qiymətinin düşməsini də nəzərə alır. Bu agentliyin baza ssenarisində Brent markalı neftin bir barelinin illik orta qiyməti 35 dollar olacaq və 2020-ci ilin ikinci yarısından karantin məhdudiyyətlərinin tədricən götürülməsi və həmçinin də hökumətin ÜDM-ə fiskal tədbirlər vasitəsiylə əlavələr edəcəyi nəzərdə tutulur. Ən pis ssenariyə görə karantin məhdudiyyətləri 2020-ci ilin sonunadək uzadılır, neftin bir barelinin qiyməti isə 20 dollar səviyyəsində qalır.

- Digər proqnozlar

Biznes ombudsman Boris Titov Rusiya ÜDM-nin 10% düşəcəyini istisna etmir. ”Bank of Amerika” Rusiya ÜDM-nin 2020-ci ildə 5,6 faiz geriləyəcəyini proqnozlaşdırır. “Duetsche Bank”-ın proqnozuna görə, builki düşüş 4,2% olacaq. Ən nikbin təşkilat “Ümumdünya Bankı”dır. Belə ki, bu bank 9 aprel tarixində Rusiya ÜDM-nin cəmi 1% düşəcəyini bəyan edib.

“AzPolitika”

635x100

Şərhlər

Doğrusu 2020-04-17 21:01:12

Kreml(V.Putin və S.Lavrov) nədən MDB siyasətini dünyaya dolandırıblar?

"Yersiz" xatırlatma 2020-04-13 19:51:58

RF iqtisadiyyatı AzPolitin yox, V.V.Putin və S.Lavrovun əlindədir!

Son yazılar