Menu

Xeyir-şər evində qumar oynayanlar tutulub - VİDEO

14.04.2020, 13:38
Xeyir-şər evində qumar oynayanlar tutulub - VİDEO

Ölkə ərazisində xüsusi karantin rejiminin elan baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Şərhlər

Soltan 2020-04-14 15:49:21

Bu ya rüşvət, ya məmurların büdcə oğurluğunda (məmur evladları )ya da əsassız qiymət artımından harınlamış "sahibkarlar və onlarınevladları ola bilər.QİYMƏT ARTIMINDAN YARANAN SAHİBKARLARx.; haldaf

Adil 2020-04-14 14:28:56

Oynayib oynayiblardaaaa))) Bôyûk bir facie olub beyem !!!?Neye qôre polis bôlmesine apariblarki ?! Reklam reklam

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol